12px13px15px17px
Tarix:02/06/17

Zərərli proqram təminatı dünyada 250 milyon kompüteri yoluxdurub

“Check Point” şirkəti Çində marketinq agentliyinin “Fireball” virusunun yayılması ilə məşğul olmasını açıqlayıb. Virus brauzerlərə hücum edərək qurbanın kompüterində kodları işə salır və ya istənilən materialları yükləyir. Bundan başqa, zərərli proqram reklamdan gəlir əldə etmək üçün istifadəçinin internet trafikinin idarəetməsini həyata keçirir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, internet brauzerləri vasitəsilə işləyən proqram naməlum mənşəli faylları qurğuya yükləyərək istədiyi kimi hərəkət edir. Həmçinin, “Fireball” reklamdan əldə olunan gəliri artırmaq məqsədilə istifadəçinin internet trafiki haqqında məlumatları dəyişə bilir.
 
Məlumata görə, virus kortəbii şəkildə bütün dünyada yayılıb. İki yüz əlli milyon kompüterin daxilində viruslu proqramlar quraşdırılıb.
 
Tədqiqata əsasən, yoluxdurulan 250 milyon kompüterin 20 faizi korporativ şəbəkələrə aiddir. Bunun 25,3 milyonu Hindistanda, (10.1 faiz), 24,1 milyonu Braziliyada (9.6 faiz), 16,1 milyonu Meksikada (6.4 faiz), 13,1 milyonu İndoneziyada (5.2 faiz), 5,5 milyonu ABŞ-da (2.2 faiz) yoluxdurulub.
 
Nizam Nuriyev 




Baxış sayı: 384

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024