Tarix:07/10/11
Arxivlərin ehtiyat surətlərinin yerləşdiyi kompyuter maqnit lentlərinin oğurluğu nəticəsində 4.9 milyondan çox insanın şəxsi məlumatı ələ keçirilib.
Arxivdə 1992-ci ildən 2011-ci il sentyabr ayının 7-dək “Tricare” proqramları üzrə müalicə keçən pasiyentlərin məlumatları saxlanılırdı. Arxivdə sosial sığorta nömrələri, pasiyentlərin ünvanları və telefon nömrələri, həmçinin onların sağlamlığı haqqında informasiya (həkimlərin qeydləri, testlərin nəticələri, həkimlərin təlimatları və s) kimi məlumatlar saxlanılırdı.
“Tricare” nümayəndələrinin sözlərinə əsasən, arxivdə kredit kartlarının və ya bank hesablarının nömrələri kimi maliyyə məlumatları olmayıb.
Səhiyyə sisteminin nümayəndələri həmçinin qeyd edirlər ki, bu məlumatların kibercinayətkarlar tərəfindən istifadə edilmə riski azdır, belə ki, maqnit lentlərində məlumatı əldə etmək xüsusi bilik, həmçinin müvafiq proqram və aparat təminatı tələb edir.
Hadisə araşdırılır. Təşkilat həmçinin bildirib ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün öz müştərilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirlər görülüb.
5 milyon amerikalı pasiyentin şəxsi məlumatları oğurlanıb
Amerika hərbi qulluqçularını, hərbi təqaüdçülərini və onların ailə üzvlərini müalicə edən ABŞ Müdafiə Nazirliyinin “Tricare” səhiyyə sistemi böyük məlumat itkisi haqqında məlumat yayıb.Arxivlərin ehtiyat surətlərinin yerləşdiyi kompyuter maqnit lentlərinin oğurluğu nəticəsində 4.9 milyondan çox insanın şəxsi məlumatı ələ keçirilib.
Arxivdə 1992-ci ildən 2011-ci il sentyabr ayının 7-dək “Tricare” proqramları üzrə müalicə keçən pasiyentlərin məlumatları saxlanılırdı. Arxivdə sosial sığorta nömrələri, pasiyentlərin ünvanları və telefon nömrələri, həmçinin onların sağlamlığı haqqında informasiya (həkimlərin qeydləri, testlərin nəticələri, həkimlərin təlimatları və s) kimi məlumatlar saxlanılırdı.
“Tricare” nümayəndələrinin sözlərinə əsasən, arxivdə kredit kartlarının və ya bank hesablarının nömrələri kimi maliyyə məlumatları olmayıb.
Səhiyyə sisteminin nümayəndələri həmçinin qeyd edirlər ki, bu məlumatların kibercinayətkarlar tərəfindən istifadə edilmə riski azdır, belə ki, maqnit lentlərində məlumatı əldə etmək xüsusi bilik, həmçinin müvafiq proqram və aparat təminatı tələb edir.
Hadisə araşdırılır. Təşkilat həmçinin bildirib ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün öz müştərilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirlər görülüb.
Baxış sayı: 1009
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir