12px13px15px17px
Tarix:19/06/17

Azərbaycan Qlobal kibertəhlükəsizlik indeksində TOP-50 ölkə sırasına daxil olub

Beynəlxalq Telekommunikasiya İttifaqı 2017-ci il üçün Qlobal kibertəhlükəsizlik indeksini açıqlayıb.

Reytinqdə Azərbaycan 0,559 balla 48-ci yerdə qərarlaşıb. Ölkəmiz MDB ölkələri arasında Ukrayna (59-cu yer), Moldova (73), Qazaxıstan (83),Tacikistan (91), Özbəkistan (93), Qırğızıstan (97), Ermənistan (111) və Türkmənistanı (132) geridə qoyaraq, 4-cü pillədə yer alıb.

İndeksin ilk beşliyində Sinqapur, ABŞ, Malayziya, Oman və Estoniya qərarlaşıblar. 
 
Qlobal kibertəhlükəsizlik indeksi üzv dövlətlərin kibertəhlükəsizliyə sadiqliyinin ölçüldüyü sorğudur. İndeks dünyanın 193 ölkəsini birləşdirir. Ölkələr Qlobal kibertəhlükəsizlik indeksində 5 əsas göstəriciyə görə qiymətləndirilir: qanunvericilik bazası, texniki məlumatlar, təşkilati məsələlər, keyfiyyətin yüksəldilməsi və əməkdaşlıq.

Nizam Nuriyev  




Baxış sayı: 463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024