12px13px15px17px
Tarix:29/06/17

“Windows 10” sistemində viruslarla mübarizədə süni intellekt tətbiq ediləcək

“Microsoft” şirkəti cari ilin payızına planlaşdırılmış növbəti “Windows 10 (Fall Creators Update” yeniləməsi ilə süni intellektin tətbiqinə əsaslanan “ağıllı” antivirus müdafiəsini aktivləşdirəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni alqoritmlər “Windows 10” sisteminə əvvəllər heç yerdə rast gəlinməmiş zərərverici kodu dərhal tapmağa kömək edəcək. “Engadget” nəşri yazır ki, “Windows Defender Advanced Threat Protection” zərərverici kodun simptomlarını tanımağı və erkən mərhələdə onun qarşısını almağı öyrənəcək.

“Windows”un korporativ xidmətlər üzrə direktoru Rob Leffertsin sözlərinə görə, “Windows 10” sistemi zərərverici proqramın əlamətlərini aşkar etdiyi halda onu karantinə (“Microsoft”un bulud saxlancına) yerləşdirə biləcək. Antivirusun yeni funksiyaları ilk öncə yalnız şirkətin biznes müştərilərinə əlçatan olacaq, amma sonralar adi istifadəçilər üçün aktivləşdiriləcək.

Emil Hüseynov




Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024