Tarix:07/07/17
Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, virus smartfona düşdükdən sonra zərərverici proqram qurbanın kontaktlarına zərər vurmağa davam edir, həmçinin istifadəçinin balansını öyrənərək pulu cinayətkarlara göndərir. Bundan başqa, sözügedən proqram istifadəçiyə bank proqramlarının saxta səhifəsini göstərərək onu öz kartının məlumatlarını daxil etməyə məcbur edib və bundan sonra pul hesabdan silinib.
"Bu təhlükə “Android” mobil əməliyyat sisteminin istifadəçilərinə hədəflənib. Maraqlıdır ki, qurbanların telefonunda qurulmuş antiviruslar sözügedən mobil tətbiqi zərərverici kimi qeydə almayıb. Bu vəziyyətdə antiviruslar kömək etmir" – “Group-IB” şirkətində zərərverici kodun dinamik təhlili bölməsinin direktoru Rüstəm Mirqasımov deyib.
Emil Hüseynov
Yeni "görünməz" proqram MMS mesajın köməyilə smartfonları virusa yoluxdurur
Ekspertlər MMS mesajların köməyilə telefonları virusa yoluxduran yeni zərərverici proqram haqda xəbərdarlıq ediblər.Virus informasiyanı istifadəçinin telefon kitabçasından əldə edir: kontaktlardan birini seçərək onun adını MMS mesajı göndərən şəxs kimi göstərir. Beləliklə, qurban ona dostundan şəkil göndərildiyini zənn edir. Göndərilmiş faylın üzərinə klik etdikdən sonra smartfona “.apk” genişlənməli virusa yoluxmuş proqram quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “gazeta.ru” saytına istinadən yazır ki, virus smartfona düşdükdən sonra zərərverici proqram qurbanın kontaktlarına zərər vurmağa davam edir, həmçinin istifadəçinin balansını öyrənərək pulu cinayətkarlara göndərir. Bundan başqa, sözügedən proqram istifadəçiyə bank proqramlarının saxta səhifəsini göstərərək onu öz kartının məlumatlarını daxil etməyə məcbur edib və bundan sonra pul hesabdan silinib.
"Bu təhlükə “Android” mobil əməliyyat sisteminin istifadəçilərinə hədəflənib. Maraqlıdır ki, qurbanların telefonunda qurulmuş antiviruslar sözügedən mobil tətbiqi zərərverici kimi qeydə almayıb. Bu vəziyyətdə antiviruslar kömək etmir" – “Group-IB” şirkətində zərərverici kodun dinamik təhlili bölməsinin direktoru Rüstəm Mirqasımov deyib.
Emil Hüseynov
Baxış sayı: 403
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir