Tarix:10/07/17
Məlumata görə, problem smartfonlara qurulmuş “Broadcom” şirkətinin “Wi-Fi” çipləri ilə bağlıdır. Artenşteyn artıq bu barədə “Google” şirkətini xəbərdar edib və şirkət 5 iyul tarixində “Android” sistemi üçün müntəzəm yeniləmələr çərçivəsində düzəliş çıxarıb.
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, ekspertin sözlərinə görə, aşkarlanmış problem simsiz rabitə üçün “Broadcom BCM43xx” seriyasına məxsus çiplərdən istifadə edən milyonlarla “Android” və “iOS” sistemli qurğuları təhlükə altında qoyur. Artenşteyn boşluq haqda bütün təfərrüatları açıqlamayıb və avqustda Las-Veqasda keçiriləcək “Black Hat USA” konfransında “Broadpwn” haqda hesabat təqdim etmək niyyətindədir.
Hücumun uğurla həyata keçirilməsi üçün istifadəçinin iştirakı tələb olunmur: qurbanın zərərverici “Wi-Fi” şəbəkəsinin əhatə zonasında olması kifayətdir.
Emil Hüseynov
“Wi-Fi” çiplərində aşkar edilmiş təhlükəli boşluq milyonlarla qurğunu təhlükə altına qoyur
Kompüter təhlükəsizliyi üzrə mütəxəssis Nitay Artenşteyn “iOS” və “Android” sistemləri ilə işləyən qurğularda istifadəçidən xəbərsiz ixtiyari kodu yerinə yetirməyə imkan verən “Broadpwn” adlandırılmış təhlükəli boşluq aşkar edib.Məlumata görə, problem smartfonlara qurulmuş “Broadcom” şirkətinin “Wi-Fi” çipləri ilə bağlıdır. Artenşteyn artıq bu barədə “Google” şirkətini xəbərdar edib və şirkət 5 iyul tarixində “Android” sistemi üçün müntəzəm yeniləmələr çərçivəsində düzəliş çıxarıb.
“ICTnews” Elektron Xəbər Xidməti “macdigger.ru” saytına istinadən yazır ki, ekspertin sözlərinə görə, aşkarlanmış problem simsiz rabitə üçün “Broadcom BCM43xx” seriyasına məxsus çiplərdən istifadə edən milyonlarla “Android” və “iOS” sistemli qurğuları təhlükə altında qoyur. Artenşteyn boşluq haqda bütün təfərrüatları açıqlamayıb və avqustda Las-Veqasda keçiriləcək “Black Hat USA” konfransında “Broadpwn” haqda hesabat təqdim etmək niyyətindədir.
Hücumun uğurla həyata keçirilməsi üçün istifadəçinin iştirakı tələb olunmur: qurbanın zərərverici “Wi-Fi” şəbəkəsinin əhatə zonasında olması kifayətdir.
Emil Hüseynov
Baxış sayı: 354
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir