Tarix:12/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, zərərverici proqram təminatı “Google Play Store” vasitəsilə deyil, “GoogleService” və “GoogleUpdate” proqramları, həmçinin müxtəlif ictimai yerlərdə müdaxilə edilmiş “Wi-Fi” qoşulmalar vasitəsilə yayılır.
“SpyDealer” troyanı quraşdırıldıqdan sonra qurğuda yükləmələri, həmçinin simsiz qoşulmanın statusunu izləməyə başlayır. Troyan proqramı SMS mesajların köməyi ilə kənar serverdən idarəetmə komandaları ala bilər. Nəticədə troyan fərdi məlumatları, həmçinin telefon nömrəsi, IMEI, IMSI məlumatlarını, SMS və MMS mesajlarını, kontakt siyahısını, telefon zənglərinin tarixçəsini, coğrafi mövqe və cari “Wi-Fi” qoşulmaları haqda informasiyanı toplayaraq serverlərə göndərir. “SpyDealer” troyanı mesajları oğurlamaq üçün “Android” sisteminin “AccessibilityService” funksiyasından istifadə edir.
Bundan başqa, sözügedən troyan populyar messencerlərdən (WeChat, WhatsApp, Skype, Line, Viber, QQ, Tango, Telegram, Sina Weibo, Tencent Weibo), “Android” brauzerindən, “Facebook”un mobil tətbiqindən, “Firefox” və “Oupeng” brauzerlərindən, “QQ Mail”, “NetEase Mail”, “Taobao” poçt kliyentlərindən məlumatları oğurlayır. Həmçinin müəyyən nömrədən telefon zənglərini qəbul edə, danışıqları yaza, smartfonun hər iki kamerasının köməyi ilə ekran görüntüləri və şəkillər çəkə bilər.
Troyan proqramı “Android 2.2.x- 4.4.x” əməliyyat sistemləri ilə işləyən qurğulara daha çox zərər vura bilər.
Emil Hüseynov
500 milyon smartfon təhlükə altındadır
“Palo Alto Networks” şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş yeni troyan “Andriod” mobil əməliyyat sistemi ilə işləyən 500 milyon smartfonu təhdid edir. “SpyDealer” troyan proqramı ən müxtəlif messencerlərdən fərdi məlumatları oğurlaya, həmçinin danışıqları yaza, SMS mesajları ələ keçirə və qurğunun kamerası ilə şəkillər çəkə bilir.“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, zərərverici proqram təminatı “Google Play Store” vasitəsilə deyil, “GoogleService” və “GoogleUpdate” proqramları, həmçinin müxtəlif ictimai yerlərdə müdaxilə edilmiş “Wi-Fi” qoşulmalar vasitəsilə yayılır.
“SpyDealer” troyanı quraşdırıldıqdan sonra qurğuda yükləmələri, həmçinin simsiz qoşulmanın statusunu izləməyə başlayır. Troyan proqramı SMS mesajların köməyi ilə kənar serverdən idarəetmə komandaları ala bilər. Nəticədə troyan fərdi məlumatları, həmçinin telefon nömrəsi, IMEI, IMSI məlumatlarını, SMS və MMS mesajlarını, kontakt siyahısını, telefon zənglərinin tarixçəsini, coğrafi mövqe və cari “Wi-Fi” qoşulmaları haqda informasiyanı toplayaraq serverlərə göndərir. “SpyDealer” troyanı mesajları oğurlamaq üçün “Android” sisteminin “AccessibilityService” funksiyasından istifadə edir.
Bundan başqa, sözügedən troyan populyar messencerlərdən (WeChat, WhatsApp, Skype, Line, Viber, QQ, Tango, Telegram, Sina Weibo, Tencent Weibo), “Android” brauzerindən, “Facebook”un mobil tətbiqindən, “Firefox” və “Oupeng” brauzerlərindən, “QQ Mail”, “NetEase Mail”, “Taobao” poçt kliyentlərindən məlumatları oğurlayır. Həmçinin müəyyən nömrədən telefon zənglərini qəbul edə, danışıqları yaza, smartfonun hər iki kamerasının köməyi ilə ekran görüntüləri və şəkillər çəkə bilər.
Troyan proqramı “Android 2.2.x- 4.4.x” əməliyyat sistemləri ilə işləyən qurğulara daha çox zərər vura bilər.
Emil Hüseynov
Baxış sayı: 483
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir