12px13px15px17px
Tarix:18/07/17

“Apple” əlavə və faylları parolla mühafizə edəcək

“Apple” şirkəti “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların təkmilləşdirilmiş məlumat mühafizə sistemi üzərində çalışır. Yeni interfeys əlavələrdən və onlarda saxlanılan fayllardan istifadə üçün fərdi parolların quraşdırılması imkanını nəzərdə tutur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, texnologiya istifadəçilərin fərdi məlumatlarının üçüncü şəxslərin qeyri-qanuni müdaxiləsindən mühafizəsinə imkan verəcək. Bloklama funksiyasının işi tibbi xarakterli informasiyanın olduğu əlavə nümunəsində təsvir edilir.
 
Məlumata görə, ABŞ istehsalçısı proqramların əlavə mühafizə üsulu qismində istifadəçinin sifətini skan etməklə onun şəxsiyyətini təsdiq edəcək ikifaktorlu yoxlama funksiyasının tətbiqini planlaşdırır. Müvafiq texnologiya artıq şirkətin sərəncamındadır və onun “iPhone 8” smartfonunda tətbiqi ehtimal olunur.    
 
Bildirilir ki, hazırda əlavələrin parolla mühafizə funksiyası “iOS” mühitində geniş yayılmayıb. Belə imkan adətən yalnız bank proqramları, eləcə də bəzi mətnli redaktor funksiyaları ilə nəzərdə tutulur. “iOS” üçün parol quraşdırmağa imkan verən yeganə əlavə “Qeydlər” proqramıdır.
 
Nizam Nuriyev 




Baxış sayı: 406

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024