Tarix:20/07/17
"LeakerLocker" virusu faktiki olaraq şantajçı kimi çıxır edir. O, istifadəçinin şəxsi şəkillərini, mesajlarını, internet brauzer tarixçəsini, e-poçtları ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında onu təhdid edir və bütün informasiyanı telefondakı kontaktlara göndərəcəyini bildirir.
Qeyd edək ki, artıq minlərlə "Android" istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan və onu kilidə saldıqdan sonra ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz" yazısı peyda olur.
"McCafe" kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker" təhlükəsi "Play Store"dakı iki tətbiqdə "Wallpapers Blur HD " və "Booster & Cleaner Pro" proqramlarında aşkar edilib. "McCafe" şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google" şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq "LeakerLocker"un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.
Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:
· Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
· "Play Store"da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
· Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
· Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.
Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt"inə zəng etməyiniz və ya "team@cert.az" elektron ünvanına yazmağınız tövsiyə olunur.
Elektron Təhlükəsizlik Mərkəzi şantajçı virusla bağlı xəbərdarlıq edir
Bir müddət əvvəl "ICTnews" Elektron Xəbər Xidməti "LeakerLocker" adlanan və "Android" istifadəçilərini hədəf seçən virus haqda məlumat vermişdi. Xatırladaq ki, virus "Google"un rəsmi tətbiqlər mağazası olan "Play Store"-dan yüklənən saxta proqram tətbiqləri vasitəsi ilə telefonlara yoluxur."LeakerLocker" virusu faktiki olaraq şantajçı kimi çıxır edir. O, istifadəçinin şəxsi şəkillərini, mesajlarını, internet brauzer tarixçəsini, e-poçtları ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında onu təhdid edir və bütün informasiyanı telefondakı kontaktlara göndərəcəyini bildirir.
Qeyd edək ki, artıq minlərlə "Android" istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan və onu kilidə saldıqdan sonra ekranda "Bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və e-poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün 50$ ödəməlisiniz" yazısı peyda olur.
"McCafe" kibertəhlükəsizlik qurumu tərəfindən "LeakerLocker" təhlükəsi "Play Store"dakı iki tətbiqdə "Wallpapers Blur HD " və "Booster & Cleaner Pro" proqramlarında aşkar edilib. "McCafe" şirkətinin açıqlamasına görə, hər 2 tətbiq barədə "Google" şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq "LeakerLocker"un istənilən tətbiqi yükləyərkən də mobil telefonunuzu yoluxdurma təhlükəsi var.
Qeyd olunmuş təhlükədən qorunmaq üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi aşağıdakıları tövsiyə edir:
· Bəhs edilən bu 2 tətbiqdən (Wallpapers Blur HD və Booster & Cleaner Pro) birini yükləmisinizsə, dərhal silin.
· "Play Store"da hər hansı bir proqramı yükləməzdən öncə istifadəçilər tərəfindən yazılmış rəyləri oxuyun, reytinqləri nəzərdən keçirin.
· Tətbiq, məzmunundan kənar olaraq telefonunuzdakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin.
· Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür.
Qeyd edək ki, təhlükə ilə artıq üzləşmisinizsə, Elektron Təhlükəsizlik Mərkəzinin 1654 "qaynar xətt"inə zəng etməyiniz və ya "team@cert.az" elektron ünvanına yazmağınız tövsiyə olunur.
Baxış sayı: 657
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir