Tarix:25/07/17
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Cisco” şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin - təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən “xidmətin dayandırılması” (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.
Tədqiqatçılar qeyd edir ki, “Əşyalar interneti”nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.
“Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər”, - hesabatda deyilir.
“DeOS” hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.
Nizam Nuriyev
Yeni hücum tipi yayılıb
Cinayətkarlar “IoT” botnetlərindən (“Əşyalar interneti” sahəsi üzrə qurğuların daxil olduğu xüsusi proqramlar) interneti məhv edən miqyaslı, ağır nəticələrə səbəb olan hücumlar üçün platforma kimi istifadə edə bilərlər.“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Cisco” şirkətinin ekspertləri 2017-ci ilin birinci rübü üçün informasiya təhlükəsizliyi üzrə hesabatda yeni tip təhlükənin - təşkilatlara sistemlərin və hücumdan sonrakı məlumatların bərpası üçün lazım olan ehtiyat surətləri və təhlükəsizlik sistemlərini (safety net) məhv edə bilən “xidmətin dayandırılması” (destruction of service, DeOS) tipli hücumların yayılmasını qeyd edirlər.
Tədqiqatçılar qeyd edir ki, “Əşyalar interneti”nin (Internet of Things, IoT) yaranması ilə əsas sahələrdə əməliyyatların çoxu real vaxt rejiminə keçirilir ki, bu da hücumların üfüqünü genişləndirir, onların miqyasını artırır və nəticələrini çətinləşdirir.
“Hücum edənlər şirkətlərin, həm iri, həm də kiçik müəssisələrin fəaliyyətini pozmaq məqsədilə yaxşı düşünülmüş hücumlar hazırlayırlar. Onlara biznesin informasiya texnologiyalarının sıfırdan bərpası üzrə ehtiyat plana malik olmaması məlumdur və onlar bu boşluqdan öz maraqları naminə istifadə edirlər”, - hesabatda deyilir.
“DeOS” hücumlarının mənşəyi barədə ətraflı məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 636
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir