12px13px15px17px
Tarix:03/08/17

Kiberfırıldaqçılıqla mübarizə üzrə qlobal layihə potensial qurbanlara kömək edir

"Kasperski laboratoriyası", "McAfee", Avropol və Niderland polisi "No More Ransom" beynəlxalq təşəbbüsünün fəaliyyətinin ilk ilinin yekunlarını açıqlayaraq fırıldaqçı virus proqramlarla mübarizə üzrə layihənin zərərli proqram təminatlarının yoluxdurduğu 28 min qurğunu aşkarlamağa kömək etdiyini bəyan edib. Ödənişdə qənaət edilən pulun məbləği 8 milyon avro təşkil edib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "CNews" resursuna istinadən yazır ki, "No More Ransom" layihəsinin saytında faylların şifrlərinin açılması üçün "Kasperski laboratoriyası" və digər layihə iştirakçıları tərəfindən hazırlanan 54 yardımçı kompüter proqramı (utility) istifadəyə verilib. Alətlər 104 fırıldaqçı proqram ailəsi ilə uğurla mübarizə aparır. İl ərzində sayta daxil olan unikal istifadəçilərin sayı 1,3 milyona çatıb ki, bunun da 150 mini bu ilin mayın 14-nə - "WannaCry" virusunun yayıldığı pik dövrə təsadüf edib. "No More Ransom" platformasından 26 dildə istifadə mümkündür.  
 
Məlumata görə, ötən il ərzində layihəyə yüzdən çox tərəfdaş dəstək verib. Onların arasında həm özəl şirkətlər, həm də müxtəlif ölkələrin hüquq-mühafizə orqanları yer alıb. Bu yaxınlarda isə layihəyə "Barclays" bankı, Belçikanın "CERT" (CERT.BE) təşkilatı, kiberekspertiza üzrə qlobal forum (Global Forum on Cyber Expertise, GFCE), eləcə də Çexiya, Yunanıstan, Honkonq və İranın hüquq-mühafizə orqanları qoşulub.
 
"Kasperski laboratoriyası" şirkətinin antivirus üzrə eksperti Anton İvanov bildirib ki, fırıldaqçı proqramlardan ziyan çəkən istifadəçilərin və təşkilatların sayı günü-gündən artır. "WannaCry" virusundan bir neçə gün ərzində dünyanın 150 ölkəsinin 300 mindən çox istifadəçisi, o cümlədən kommersiya müəssisələri və əhəmiyyətli infrastruktur obyektləri ziyan çəkib. "ExPetr" şifrləyici proqramının son hücumundan isə bir sıra təşkilatlar hələ də özünə gələ bilməyib. Viruslar yalnız tendensiyanı təsdiq edir. Fırıldaqçı proqramlarla qarşılaşanların sayında da artım müşahidə edilir: son ildə bu rəqəm 11 faiz artaraq 2,5 milyon nəfəri ötüb. Belə şəraitdə təhdidlərlə birgə mübarizə aparmaq böyük əhəmiyyətə malikdir, çünki dünya problemlərini yalnız qlobal səylərlə həll etmək mümkündür", - ekspert vurğulayıb.
 
Nizam Nuriyev 




Baxış sayı: 411

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024