Tarix:11/10/11
Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində SSRİ-nin tərkibinə daxil olan respublikalarda öz suverenliklərinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı.
“Belə bir tarixi şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Bununla da Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə parlaq qələbə qazanaraq müstəqillik bayrağını qaldırdı. Azərbaycan xalqının çoxəsrlik tarixində uğurları, nailiyyətləri çox olub.
Ancaq ən böyük nailiyyətimiz dövlət müstəqilliyinin əldə olunmasıdır. Xalqın qanı bahasına başa gəlmiş bu uğur əbədi olaraq yaddaşlara həkk olundu. Çünki Azərbaycan dünya birliyinə müstəqil dövlət kimi daxil oldu”.
Nazir qeyd edib ki, belə bir tarixi şəraitdə Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlamalı, xalqın milli azadlığını əbədi, daimi etməli idi. “Çox çətin, lakin şərəfli bir vəzifə idi. Bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı.
Belə bir şəxsiyyət yalnız ümummilli lider Heydər Əliyev idi. Ona görə də xalq böyük ümid və inamla ulu öndərə üz tutdu və onu təkidlə müstəqil Azərbaycana rəhbərliyə dəvət etdi.
1993-cü ilin iyun ayında xalqın və həmin vaxt hakimiyyətdə olanların bir çoxlarının inadlı xahişindən sonra yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəni düşdüyü ağır böhrandan çıxarmaq üçün planlaşdırdığı təxirəsalınmaz tədbirlər sırasında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq əsas hədəf kimi seçilmişdi”.
Nazir bildirib ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkəmizin ictimai-siyasi həyatında qlobal dəyişikliklər baş verdi. “Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycanda 18 Oktyabr tarixi Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.
“Dövlət müstəqilliyi qazanan Azərbaycan Respublikasının son illərdə böyük mübarizələr yolu keçib, bütün ziddiyyət və məhrumiyyətlərə baxmayaraq, müstəqil dövlət quruculuğu istiqamətində davamlı tədbirlər həyata keçirilib.
20 il ərzində bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsinin də sürətlə inkişaf etdiyini bildirən nazir 1991-2011-ci illər ərzində İKT sektorunun gəlirlərinin həcminin 140 dəfədən çox artdığını, sektora 1, 8 mlrd. ABŞ dollarına yaxın investisiya qoyulduğunu qeyd edib.
“2004-2010-cu illərdə sektorda orta illik artım tempi 30-32% təşkil edib. Bu illər ərzində informasiya texnologiyaları sektorunun həcmi 4 dəfə genişlənib və məhsul ixracı isə 4 dəfə artıb”.
Daha sonra tədbirdə çıxış edənlər müstəqillik illərində ölkədə bütün sahələrdə qeydə alınan yüksək inkişaf tendensiyasından bəhs edib.
Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Dövlət Müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait nəticəsində SSRİ-nin tərkibinə daxil olan respublikalarda öz suverenliklərinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatdı.
“Belə bir tarixi şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi.
Bununla da Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə parlaq qələbə qazanaraq müstəqillik bayrağını qaldırdı. Azərbaycan xalqının çoxəsrlik tarixində uğurları, nailiyyətləri çox olub.
Ancaq ən böyük nailiyyətimiz dövlət müstəqilliyinin əldə olunmasıdır. Xalqın qanı bahasına başa gəlmiş bu uğur əbədi olaraq yaddaşlara həkk olundu. Çünki Azərbaycan dünya birliyinə müstəqil dövlət kimi daxil oldu”.
Nazir qeyd edib ki, belə bir tarixi şəraitdə Azərbaycan xalqı bu müstəqilliyi qoruyub saxlamalı, xalqın milli azadlığını əbədi, daimi etməli idi. “Çox çətin, lakin şərəfli bir vəzifə idi. Bu çətin imtahandan alnıaçıq, üzüağ çıxmaq üçün xalqı öz arxasınca apara biləcək liderə böyük ehtiyac yaranmışdı.
Belə bir şəxsiyyət yalnız ümummilli lider Heydər Əliyev idi. Ona görə də xalq böyük ümid və inamla ulu öndərə üz tutdu və onu təkidlə müstəqil Azərbaycana rəhbərliyə dəvət etdi.
1993-cü ilin iyun ayında xalqın və həmin vaxt hakimiyyətdə olanların bir çoxlarının inadlı xahişindən sonra yenidən siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin ölkəni düşdüyü ağır böhrandan çıxarmaq üçün planlaşdırdığı təxirəsalınmaz tədbirlər sırasında Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq əsas hədəf kimi seçilmişdi”.
Nazir bildirib ki, 1991-ci il 18 oktyabr tarixində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə ölkəmizin ictimai-siyasi həyatında qlobal dəyişikliklər baş verdi. “Ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycanda 18 Oktyabr tarixi Dövlət Müstəqilliyi Günü kimi qeyd edilir.
“Dövlət müstəqilliyi qazanan Azərbaycan Respublikasının son illərdə böyük mübarizələr yolu keçib, bütün ziddiyyət və məhrumiyyətlərə baxmayaraq, müstəqil dövlət quruculuğu istiqamətində davamlı tədbirlər həyata keçirilib.
20 il ərzində bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsinin də sürətlə inkişaf etdiyini bildirən nazir 1991-2011-ci illər ərzində İKT sektorunun gəlirlərinin həcminin 140 dəfədən çox artdığını, sektora 1, 8 mlrd. ABŞ dollarına yaxın investisiya qoyulduğunu qeyd edib.
“2004-2010-cu illərdə sektorda orta illik artım tempi 30-32% təşkil edib. Bu illər ərzində informasiya texnologiyaları sektorunun həcmi 4 dəfə genişlənib və məhsul ixracı isə 4 dəfə artıb”.
Daha sonra tədbirdə çıxış edənlər müstəqillik illərində ölkədə bütün sahələrdə qeydə alınan yüksək inkişaf tendensiyasından bəhs edib.
Baxış sayı: 2916
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək