12px13px15px17px
Tarix:07/12/11

Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək

Avropa İttifaqının maliyyələşdirdiyi və Avropa Şurasının   həyata keçirdiyi “Şərq Tərəfdaşlığına Dəstək” Proqramı çərçivəsində “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda layihə həyata keçirilməkdədir.

RİTN-dən Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədovun bildirdiyinə görə, layihə çərçivəsində dekabrın 13-14-də  Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda regional seminar keçiriləcək.  Seminarda “Şərq Tərəfdaşlığına Dəstək” Proqramı çərçivəsində  layihənin işçi qrupunun üzvləri iştirak edəcək.

 Seminarın keçirilməsində məqsəd Avropa İttifaqı, ABŞ, “Europol”, “İnterpol” və iştirakçı ölkələr arasında kibercinayətkarlıq sahəsində əməkdaşlıq perspektivlərinə və mövcud problemlərə, Budapeşt konvensiyası çərçivəsində qarşılıqlı hüquqi yardım məsələlərinə dair fikir mübadiləsinin aparılması olmuşdur.

 Xatırladaq ki, Azərbaycan Respublikası RİTN-in təşəbbüsü ilə 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” konvensiyasını imzalamış və 2009-cu ildə konvensiya təsdiq edilərək 1 iyul 2010-cu il tarixindən ölkəmizdə qüvvəyə minmişdir.
 




Baxış sayı: 1945

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024