Tarix:21/06/11
B.Məmmədov bildirdi ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə üzrə konvensiyaya qoşulub və bu konvensiyadan irəli gələn məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə milli strategiyanın qəbul edildiyini xüsusi qeyd edən natiq əhalinin müraciətlərinə baxılması, nöqsanların, bürokratik əngəlliklərin aradan qaldırılması istiqamətində bütün dövlət orqanlarında, o cümlədən RİTN-də əməli tədbirlər həyata keçirildiyini qeyd edərək elektron imzanın tətbiqindən sonra bu istiqamətdə bir çox məsələlərin öz həllini tapacağını vurğuladı.
Sonra seminar iştirakçıları dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktlarla tanış edilib, bu sənədlərin konkret müddəaları izah olunub.
Sonra nazirlikdə çalışan dövlət qulluqçularının fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı. Çıxış edənlər qeyd etdilər ki, seminarın keçirilməsi əməkdaşların iş prosesində peşəkarlığının, vəzifə məsuliyyətinin, fəaliyyət proseslərində səmərəliliyin artırılması məqsədlərini daşımasında mühüm əhəmiyyət kəsb edir.
RİTN-də seminar keçirildi
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparatında çalışan dövlət qulluqçuları üçün “Korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirildi. Seminarda çıxış edən nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov seminarın keçirilməsində əsas məqsədin dövlət qulluqçularının bu istiqamətdə maarifləndirilməsinin onların xidməti vəzifələrinin yerinə yetirilməsində dövlət orqanının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, əməkdaşların xidməti davranışı, habelə fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılmasından ibarət olduğunu bildirdi.B.Məmmədov bildirdi ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə üzrə konvensiyaya qoşulub və bu konvensiyadan irəli gələn məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə milli strategiyanın qəbul edildiyini xüsusi qeyd edən natiq əhalinin müraciətlərinə baxılması, nöqsanların, bürokratik əngəlliklərin aradan qaldırılması istiqamətində bütün dövlət orqanlarında, o cümlədən RİTN-də əməli tədbirlər həyata keçirildiyini qeyd edərək elektron imzanın tətbiqindən sonra bu istiqamətdə bir çox məsələlərin öz həllini tapacağını vurğuladı.
Sonra seminar iştirakçıları dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktlarla tanış edilib, bu sənədlərin konkret müddəaları izah olunub.
Sonra nazirlikdə çalışan dövlət qulluqçularının fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı. Çıxış edənlər qeyd etdilər ki, seminarın keçirilməsi əməkdaşların iş prosesində peşəkarlığının, vəzifə məsuliyyətinin, fəaliyyət proseslərində səmərəliliyin artırılması məqsədlərini daşımasında mühüm əhəmiyyət kəsb edir.
Baxış sayı: 2481
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək