12px13px15px17px
Tarix:24/11/11

BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir

“BakuTel-2011” 17-ci Beynəlxalq sərgi-konfransı çərçivəsində 24-25 noyabr tarixlərində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə UNECE-nin “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfrans və BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) “Biliklərə əsaslanan inkişaf” layihəsi üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.

“Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda keçirilən beynəlxalq konfransda informasiya və kommunikasiya texnologiyalarının innovativ inkişafda olan iqtisadiyyat müstəvisində sahibkarlıq, dövlət və özəl tərəfdaşlıq məsələləri müzakirə mövzusu olub.

Bu konfrans mövcud potensialın gücləndirilməsi və biliklərin bölüşdürülməsi komponentlərindən ibarət olmaqla qərar qəbuletmə səlahiyyətinə malik yüksək səviyyəli şəxslər və biznes liderləri arasında təcrübə mübadiləsinə imkan yaradacaq.

Konfrans çərçivəsində UNECE müvafiq infrastrukturun yaradılması da daxil olmaqla biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlığa dair strateji məsələləri irəli sürmək məqsədilə beynəlxalq ekspertləri səfərbər edib. Ekspertlər öz ölkələrinin təcrübələrini təqdim edib və bu təqdimatlar ümumi müzakirəyə çıxarılıb.

Hazırda davam edən konfrans çərçivəsində  UNECE və BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) ilə birlikdə SPECA çərçivəsində biliklərə əsaslanan layihə üzrə işçi qrupunun 4-cü sessiyası keçirilir. Sözügedən sessiya zamanı işçi qrupunun 2011-ci il üzrə həyata keçirilmiş fəaliyyət proqramının təhlili, həmçinin 2012-2013-cü illər üzrə iş proqramının qəbul edilməsi nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, BMT-nin 5 regional komissiyalarından biri olan Avropa İqtisadi Komissiyası (UNECE)1947-ci ildə yaradılıb. Öz sıralarında Avropanın 56 ölkəsini birləşdirən təşkilatın əsas məqsədi Avropada iqtisadi inteqrasiya porseslərinin sürətləndirilməsindən ibarətdir.

Komissiyanın fəaliyyətində 70-dən artıq beynəlxalq təşkilat iştirak edir. UNECE regionda və onun xaricində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müvafiq sahələr üzrə beynəlxalq konransların keçirilməsini dəstəkləyir.

Mərkəzi Asiyada regional əməkdaşlığın gücləndirilməsi və region ölkələrinin dünya iqtisadiyyatına inteqrasiya olunması məqsədilə 1998-ci ildə təsis edilən SPECA BMT tərəfindən yaradılmış xüsusi bir qurumdur. Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan SPECA-nın üzv ölkələridir.

Azərbaycan eyni zamanda, SPECA-nın işçi qrupunda aparıcı ölkələrdən biridir. SPECA-nın ölkələr üzrə fəaliyyəti xüsusi olaraq, BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və Asiya və Sakit Okean hövzəsi ölkələri üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən tənzimlənir.





Baxış sayı: 2708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024