“Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları”
Xəbər verdiyimiz kimi, bu gün Bakıda YUNESKO, Azərbaycan Respublikasının Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təşkilatçılığı ilə “Biliyə əsaslanan cəmiyyətdə müəllimlərin kompetensiyaları: siyasət, pedaqogika və sosial vərdişlər” mövzusunda ikigünlük beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə YUNESKO-nun Təhsildə İKT İnstitutunun direktoru Dendev Badarç, Distant təhsil üzrə Milli mərkəzin təhsil üzrə direktoru, YUNESKO-nun Təhsildə İKT İnstitutunun idarəetmə şurasının sədri Bernarad Kornu, YUNESKO-nun digər nümayəndələri, Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Təhsil nazirinin müavini Qulu Novruzov, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, MDB və digər xarici ölkələrin təhsildə informasiya texnologiyaları sahəsinin mütəxəssisləri iştirak edirlər.
Tədbiri açıq elan edən təhsil nazirinin müavini Qulu Novruzov tədbirin əsas məqsədinin biliyə əsaslanan cəmiyyətdə müəllimlərin informasiya kommunikasiya texnologiyaları (İKT), pedaqoji və sosial sahələrdə başlıca kompetensiyaları əsasında onların peşəkar inkişafı ilə bağlı strategiya, istiqamət və təcrübə ətrafında fikir mübadiləsinin aparılmasının olduğunu bildirdi.
O, daha sonra “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında danışaraq müəllimlərin İKT vasitəsilə biliklərin verilməsi üzrə təlimlər və “Həmkara dəstək”proqramı haqqında tədbir iştirakçılarına məlumat verdi.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında danışaraq təhsil sahəsində İKT-nin tətbiqi ilə əldə olunan uğurları qeyd etdi.
O, Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə Dövlət Proqramlarının qəbul edildiyini bildirərək həyata keçirilən tədbirlərin daha mükəmməl nəticələr əldə edilməsində mühüm rol oynayacağını bildirdi. YUNESKO-nun Təhsildə İKT İnstitutunun idarəetmə şurasının sədri Bernard Kornu ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində göstərilən təşəbbüsləri yüksək qiymətləndirdi.
Konfransda 20-dən çox xarici ekspert və 60 yerli mütəxəssis iştirak edir. Konfrans AMEA İnformasiya Texnologiyaları, Müəllimlər İnstitutu və Azərbaycan Pedaqoji Universitetində plenar iclaslar və müzakirələr formasında davam etdiriləcək.
Burada “Azərbaycanda peşə təhsilinin inkişafı” üzrə YUNESKO, Yaponiya hökuməti, Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun birgə layihəsinin nəticələrinin təqdimatı da nəzərdə tutulub.
Baxış sayı: 2112
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycan “CeBIT” in əsas tərəfdaşı olacaq
- RİTN-də seminar keçirildi
- TASİM konsorsiumunun potensial operatorlarının iştirakı ilə görüş keçiriləcək
- Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında nazir Əli Abbasovun çıxışı
- Müstəqilliyimizin 20 illik yubileyi RİTN-də qeyd edilib
- BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) “Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq” mövzusunda beynəlxalq konfransı keçirilir
- “BakuTel” beynəlxalq İKT sərgi və konfransı çərçivəsində “Gələcəyə Doğru” adlı İKT Konfransı kecirilir
- BMT baş katibinin “BakuTel-2011” sərgi-konfransının iştirakçılarına məktubu
- Nazir: ""BakuTel-2011" sərgisi öz miqyasına görə əvvəlkilərdən fərqlənir"
- COMSTECH-in İcraiyyə Komitəsinin 29-cu iclası keçirilir
- Bakıda “Kibercinayətkarlığa qarşı əməkdaşlıq” mövzusunda seminar keçiriləcək
- Nazir RRB-nin iclasında iştirak edir
- Nazir 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxış edib
- Sentyabrda beynəlxalq konfrans keçiriləcək