Tarix:21/08/17
Bununla belə, “Microsoft”un statistikasına əsasən, çoxlu sayda istifadəçi öz kompüterinə antivirus proqram təminatı quraşdırmır.
“ICTnews” Elektron Xəbər Xidməti securitylab.ru saytına istinadən yazır ki, təhlükəsizlik üzrə 22 analitik hesabatda dərc edilmiş məlumatlara əsaslanaraq, “Microsoft” şirkəti "təhlükəli" kimi göstərilmiş sistemlərə dair öz narahatçılığını ifadə edib. Bu, öz növbəsində o deməkdir ki, həmin sistemlərdə aktual antivirus proqram təminatı qurulmayıb.
“Windows Vista” və “Windows 7” sistemlərində öncədən qurulmuş antivirus proqramının olmaması əsas problemdir, təhlükəli kompüterlərin 50%-dən çoxu bu əməliyyat sistemlərindən istifadə edir.
"Windows Vista və Windows 7 sistemlərindən istifadə edən təhlükəli kompüterlərin əksəriyyəti zərərverici proqramlara qarşı müdafiəyə malik deyillər. “Windows”un sonrakı versiyalarında antivirus olmadığı təqdirdə “Windows Defender” aktivləşir və beləliklə, antivirussuz kompüterlərin sayı son dərəcə aşağıdır" – “Microsoft”un nümayəndəsi izah edib.
Emil Hüseynov
Hansı əməliyyat sisteminin istifadəçiləri antivirus proqram təminatı quraşdırmır?
“Windows” sisteminin yeni versiyalarında təhlükəsizlik tədbirlərinin daima təkmilləşdirilməsinə baxmayaraq, antivirus proqram təminatının ən aktual versiyasının mövcudluğu hələ də məcburi şərt olaraq qalır.Bununla belə, “Microsoft”un statistikasına əsasən, çoxlu sayda istifadəçi öz kompüterinə antivirus proqram təminatı quraşdırmır.
“ICTnews” Elektron Xəbər Xidməti securitylab.ru saytına istinadən yazır ki, təhlükəsizlik üzrə 22 analitik hesabatda dərc edilmiş məlumatlara əsaslanaraq, “Microsoft” şirkəti "təhlükəli" kimi göstərilmiş sistemlərə dair öz narahatçılığını ifadə edib. Bu, öz növbəsində o deməkdir ki, həmin sistemlərdə aktual antivirus proqram təminatı qurulmayıb.
“Windows Vista” və “Windows 7” sistemlərində öncədən qurulmuş antivirus proqramının olmaması əsas problemdir, təhlükəli kompüterlərin 50%-dən çoxu bu əməliyyat sistemlərindən istifadə edir.
"Windows Vista və Windows 7 sistemlərindən istifadə edən təhlükəli kompüterlərin əksəriyyəti zərərverici proqramlara qarşı müdafiəyə malik deyillər. “Windows”un sonrakı versiyalarında antivirus olmadığı təqdirdə “Windows Defender” aktivləşir və beləliklə, antivirussuz kompüterlərin sayı son dərəcə aşağıdır" – “Microsoft”un nümayəndəsi izah edib.
Emil Hüseynov
Baxış sayı: 439
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir