12px13px15px17px
Tarix:23/08/17

Yeni virus onlayn oyun həvəskarlarını təhlükə altına qoyur

Aşkar edilmiş troyan “Joao” adlanır və o, qeyri-rəsmi mənbələrdən yüklənilən “Aeria Games” şirkətinin oyunları vasitəsilə yayılır.

“Joao” adlı troyan tərəfindən yüklənilən kənar zərərverici kodun məqsədi uzaq məsafədən giriş əldə etmək, casusluq və DDoS hücumlar həyata keçirməkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, zərərli proqram təminatı ilk dəfə populyar “Grand Fantasia” oyununda aşkar edilib. Troyan fon rejimində oyunla birgə işə düşür. Virusu aşkar etmək, demək olar ki, mümkün deyil, çünki o, heç bir aktivlik göstərmir. Yalnız kök qovluğunda “msldbe.dll” faylının peyda olmasından bu barədə bilmək olar.

Virus qurban kompüter haqda bütün informasiyanı (qurğunun adı, əməliyyat sisteminin versiyası, şəxsi hesablar və sairə) uzaq serverə göndərir. Bu məlumatlara malik olan hakerlər asanlıqla “Joao” troyanının əlavə komponentlərini aktivləşdirə bilərlər.

Emil Hüseynov




Baxış sayı: 404

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024