Tarix:28/08/17
Şirkətin məlumatına görə, onların layihəsi “Android” sistemi əsasında hazırlanmış müvafiq "anti casus" həllərindən fərqlənir, çünki “Librem 5” smartfonu “Debian Linux” əsasında hazırlanmış şəxsi “PureOS” əməliyyat sisteminin idarəetməsi altında işləyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, istehsalçıların sözlərinə görə, “Librem 5” smartfonu “Matrix” şifrlənmiş desentralizasiya olunmuş rabitə texnologiyasından istifadə edən dünyada ilk IP cihaz olacaq. “Purism” şirkətinin nümayəndələri hesab edirlər ki, telefonlar istifadəçiləri izləməməlidir, abunəçinin rəqəmsal həyatının məxfiliyi qorunmalıdır.
İstehsalçılar artıq smartfonun ilk versiyasında səsli rabitə, video, kamera, mətn mesajları, elektron poçt və veb-sörfinq dəstəyinə söz verirlər.
“Librem 5” smartfonunun ilk versiyası 5 düymlük displey, 3 QB-lıq LPDDR3 tipli əməli yaddaş, 32 QB-lıq “eMMC” fləş daşıyıcısı ilə təchiz edilib və “2G/3G/4G”, “GSM”, “UMTS” və “LTE” şəbəkələrini dəstəkləyir. Həmçinin 2 ədəd kamera (arxa və selfi), “USB Type-C” portu, “GPS”, akselerometr, hiroskop, kompas mövcud olacaq.
Bundan başqa, “Librem 5” smartfonu kamera üçün ayrıca aparat söndürücüləri, mikrofon, “WiFi/Bluetooth” modulu və hətta mobil modemlə təchiz ediləcək.
Smartfonun bütün rəqəmsal trafiki (mətn mesajları və elektron poçt məktubları daxil olmaqla) şifrlənəcək. Smartfonda çıxan zənglər üçün şəxsi nömrənin gizlədilməsi imkanı, VPN sazlaması, daxili brauzerin qabaqcıl müdafiəsi, klaviatura və “maus” kimi periferiya qurğularının qoşulması üçün host funksiyası və bir sıra başqa təhlükəsiz funksiyalar nəzərdə tutulub.
“Purism” şirkəti qrafik üzrə “Librem 5” smartfonunun ilk versiyasının satışını 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlinə planlaşdırır. Şirkətin əməkdaşları “Librem 5” smartfonunu 599 dollar məbləğində qiymətləndiriblər.
Emil Hüseynov
“Debian Linux” sistemi ilə işləyən çox təhlükəsiz smartfon təqdim edilib
San-Fransiskoda fəaliyyət göstərən “Purism” şirkəti açıq platforma üzrə işlənilmiş çox təhlükəsiz “Librem 5” smartfonunun hazırlanması üzrə yekun mərhələ üzərində işlədiyini elan edib.Şirkətin məlumatına görə, onların layihəsi “Android” sistemi əsasında hazırlanmış müvafiq "anti casus" həllərindən fərqlənir, çünki “Librem 5” smartfonu “Debian Linux” əsasında hazırlanmış şəxsi “PureOS” əməliyyat sisteminin idarəetməsi altında işləyəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, istehsalçıların sözlərinə görə, “Librem 5” smartfonu “Matrix” şifrlənmiş desentralizasiya olunmuş rabitə texnologiyasından istifadə edən dünyada ilk IP cihaz olacaq. “Purism” şirkətinin nümayəndələri hesab edirlər ki, telefonlar istifadəçiləri izləməməlidir, abunəçinin rəqəmsal həyatının məxfiliyi qorunmalıdır.
İstehsalçılar artıq smartfonun ilk versiyasında səsli rabitə, video, kamera, mətn mesajları, elektron poçt və veb-sörfinq dəstəyinə söz verirlər.
“Librem 5” smartfonunun ilk versiyası 5 düymlük displey, 3 QB-lıq LPDDR3 tipli əməli yaddaş, 32 QB-lıq “eMMC” fləş daşıyıcısı ilə təchiz edilib və “2G/3G/4G”, “GSM”, “UMTS” və “LTE” şəbəkələrini dəstəkləyir. Həmçinin 2 ədəd kamera (arxa və selfi), “USB Type-C” portu, “GPS”, akselerometr, hiroskop, kompas mövcud olacaq.
Bundan başqa, “Librem 5” smartfonu kamera üçün ayrıca aparat söndürücüləri, mikrofon, “WiFi/Bluetooth” modulu və hətta mobil modemlə təchiz ediləcək.
Smartfonun bütün rəqəmsal trafiki (mətn mesajları və elektron poçt məktubları daxil olmaqla) şifrlənəcək. Smartfonda çıxan zənglər üçün şəxsi nömrənin gizlədilməsi imkanı, VPN sazlaması, daxili brauzerin qabaqcıl müdafiəsi, klaviatura və “maus” kimi periferiya qurğularının qoşulması üçün host funksiyası və bir sıra başqa təhlükəsiz funksiyalar nəzərdə tutulub.
“Purism” şirkəti qrafik üzrə “Librem 5” smartfonunun ilk versiyasının satışını 2018-ci ilin sonu, 2019-cu ilin əvvəlinə planlaşdırır. Şirkətin əməkdaşları “Librem 5” smartfonunu 599 dollar məbləğində qiymətləndiriblər.
Emil Hüseynov
Baxış sayı: 379
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir