12px13px15px17px
Tarix:12/10/11

Sony” yenidən hakerlərin hədəfindədir

2011-ci ilin yazında edilmiş haker hücumlarından yenicə başı açılmış Yaponiyanın “Sony” korporasiyası yenidən naməlum kibercinayətkarların hücumlarının qurbanı olub.

Bu dəfə hakerlər “Playstation Network”a daxil olmaqla, “Sony” internet-xidmətlərinin 93000-dən çox istifadəçisinin şəxsi məlumatlarını oğurlaya biliblər.

“Sony” korporasiyasından təsdiq ediblər ki, son zamanlar şirkətin onlayn xidmətlərinin server hissəsinə bir çox qeyri-qanuni girişlər qeyd edilib. Nəticədə demək olar ki, 100000 istifadəçinin şəxsi məlumatları cinayətkarların əlinə keçə bilər.

Lakin yapon şirkətindən qeyd ediblər ki, hakerlər qeydiyyatdan keçmiş istifadəçilərin kredit kartlarının nömrələri haqqında məlumatı əldə etməyə müvəffəq olmayıblar.



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024