Tarix:23/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tədqiqatçıların məqsədi asan qazanc əldə etmək və ya istifadəçilərin fərdi məlumatlarını ələ keçirmək yox, bunun tam əksidir.
Məlumata görə, qurğu vasitəsilə alimlər müasir barmaq izinin tanınması sistemlərində boşluqların tədqiqini planlaşdırırlar.
Süni barmaqların əvvəllər də yaradılmasına baxmayaraq Miçiqan Universitetinin alimlərinin ərsəyə gətirdiyi variant daha autentik hesab edilir. Belə ki, yeni süni barmaq insan barmağının elektrik ötürücülük qabiliyyətini və mexaniki xüsusiyyətlərini ideal şəkildə ötürür.
Qeyd edək ki, barmaq izinin tanınması texnologiyasının etibarlığı dəfələrlə mütəxəssislər tərəfindən tənqid olunub. Bir sıra istehsalçılar ondan imtina edərək digər həllərə keçmək qərarına gəlib. Məsələn, yeni “iPhone X” smartfon modelində barmaq izi skaneri əvəzinə, sifətin tanınması texnologiyası quraşdırılıb.
Nizam Nuriyev
Barmaq izinin tanınması sistemlərində boşluqları aşkarlayacaq süni barmaq yaradılıb
Miçiqan Universitetinin alimləri barmaq izinin skan edilməsi texnologiyasının aldadılması üçün süni barmaq hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, tədqiqatçıların məqsədi asan qazanc əldə etmək və ya istifadəçilərin fərdi məlumatlarını ələ keçirmək yox, bunun tam əksidir.
Məlumata görə, qurğu vasitəsilə alimlər müasir barmaq izinin tanınması sistemlərində boşluqların tədqiqini planlaşdırırlar.
Süni barmaqların əvvəllər də yaradılmasına baxmayaraq Miçiqan Universitetinin alimlərinin ərsəyə gətirdiyi variant daha autentik hesab edilir. Belə ki, yeni süni barmaq insan barmağının elektrik ötürücülük qabiliyyətini və mexaniki xüsusiyyətlərini ideal şəkildə ötürür.
Qeyd edək ki, barmaq izinin tanınması texnologiyasının etibarlığı dəfələrlə mütəxəssislər tərəfindən tənqid olunub. Bir sıra istehsalçılar ondan imtina edərək digər həllərə keçmək qərarına gəlib. Məsələn, yeni “iPhone X” smartfon modelində barmaq izi skaneri əvəzinə, sifətin tanınması texnologiyası quraşdırılıb.
Nizam Nuriyev
Baxış sayı: 403
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir