Tarix:29/09/17
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, Braziliya eksperimentlər üçün təsadüfi seçilməyib. Belə ki, ölkədə elektrik enerjisinin oğurlanması problemi xüsusilə kəskin xarakter alıb: rəsmi statistikaya görə, istehlakçıların 40 faizi sayğac göstəricilərini dəyişir. Lakin bu haldan inkişaf etmiş ölkələr də sığortalanmayıb. Məsələn, Böyük Britaniyada elektrik enerjisi sayğacları ilə fırıldaqçılıqdan illik ziyan 440 milyon funt-sterlinq təşkil edir.
Məlumata görə, Lüksemburq tədqiqatçılar qrupu alqoritmi 5 il ərzində 3,6 milyon Braziliya evində testdən keçirib. Alimlər aylıq sayğac göstəricilərinin məlumatlarını toplayaraq onların əsasında süni intellektə malik işlək alqoritm kəşf ediblər. Alqoritm evdə elektrik enerjisindən istifadə olunduğu halda enerji istehlakının şübhə doğuran aşağı olma vaxtını müəyyənləşdirə bilir. Məlum olub ki, süni intellekt bütün potensial fırıldaqçılıq hallarını və ya sayğacların sıradan çıxması və elektrik şəbəkələrində pozuntularla əlaqədar səhv ölçmələri düzgün şəkildə aşkarlayır.
London Universitetinin Energetika İnstitutunun mütəxəssisi Pol Ruysveltin sözlərinə görə, süni intellektin hətta 10 faiz elektrik enerjisi oğurlayan insanları dəqiqliklə müəyyənləşdirməsi xüsusilə maraq doğurur. Bununla yanaşı, alqoritmdən həmişə istifadə mümkün olmur. Məsələn, yanaşı binalar üçün müxtəlif səviyyəli elektrik enerjisindən istifadə daha məqsədəuyğundur.
Nizam Nuriyev
Süni intellekt elektrik enerjisinin oğurlanması ilə mübarizə aparacaq
Tezliklə elektrik enerjisini oğurlayan insanlara süni intellekt nəzarət etməyə başlayacaq. Müvafiq alqoritm Lüksemburq Universitetinin ekspertləri tərəfindən hazırlanaraq Braziliyada uğurla sınaqdan keçirilib.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, Braziliya eksperimentlər üçün təsadüfi seçilməyib. Belə ki, ölkədə elektrik enerjisinin oğurlanması problemi xüsusilə kəskin xarakter alıb: rəsmi statistikaya görə, istehlakçıların 40 faizi sayğac göstəricilərini dəyişir. Lakin bu haldan inkişaf etmiş ölkələr də sığortalanmayıb. Məsələn, Böyük Britaniyada elektrik enerjisi sayğacları ilə fırıldaqçılıqdan illik ziyan 440 milyon funt-sterlinq təşkil edir.
Məlumata görə, Lüksemburq tədqiqatçılar qrupu alqoritmi 5 il ərzində 3,6 milyon Braziliya evində testdən keçirib. Alimlər aylıq sayğac göstəricilərinin məlumatlarını toplayaraq onların əsasında süni intellektə malik işlək alqoritm kəşf ediblər. Alqoritm evdə elektrik enerjisindən istifadə olunduğu halda enerji istehlakının şübhə doğuran aşağı olma vaxtını müəyyənləşdirə bilir. Məlum olub ki, süni intellekt bütün potensial fırıldaqçılıq hallarını və ya sayğacların sıradan çıxması və elektrik şəbəkələrində pozuntularla əlaqədar səhv ölçmələri düzgün şəkildə aşkarlayır.
London Universitetinin Energetika İnstitutunun mütəxəssisi Pol Ruysveltin sözlərinə görə, süni intellektin hətta 10 faiz elektrik enerjisi oğurlayan insanları dəqiqliklə müəyyənləşdirməsi xüsusilə maraq doğurur. Bununla yanaşı, alqoritmdən həmişə istifadə mümkün olmur. Məsələn, yanaşı binalar üçün müxtəlif səviyyəli elektrik enerjisindən istifadə daha məqsədəuyğundur.
Nizam Nuriyev
Baxış sayı: 386
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir