12px13px15px17px
Tarix:02/10/17

“Google” şirkəti iki mərhələli autentifikasiyanı daha təhlükəsiz sistemlə əvəz edəcək

“Google” şirkəti iki mərhələli autentifikasiyanı əvəz etmək üçün yeni “Advanced Protection Program” sistemini hazırlayır. İndi adi paroldan sonra əlavə kodun daxil edilməsi ən təhlükəsiz metodlardan biri hesab edilir, amma cinayətkarlar fişinq hücumu və ya digər metodlarla parolu ələ keçirə bilərlər. “Bloomberg”in hesabatına əsasən, gələcəkdə istifadəçilər “Yubikey” kimi fiziki açarlardan istifadə edəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ehtimal ki, “Google” iki mərhələli autentifikasiya sistemini tamamilə ləğv etməyəcək. Fiziki açarların köməyi ilə yeni giriş metodu korporativ müştərilər üçün nəzərdə tutulacaq. Lakin korporativ müştərilər təhlükəsizlik məsələlərindən narahatdırlar. Məsələn, bir neçə ay bundan əvvəl bir çoxları “Google Disk” üzərindən həyata keçirilən fişinq hücumu ilə qarşılaşmışdılar.

Emil Hüseynov




Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024