12px13px15px17px
Tarix:23/10/17

İnformasiya təhlükəsizliyi bazarında 120 milyard dollarlıq artım proqnozlaşdırılır

"IDC" analitik şirkəti təhlükəsizliklə əlaqədar proqram təminatı, avadanlıq və xidmətlərin satış həcminin yaxın illərdə illik artımının orta hesabla 9,6 faiz təşkil edərək 2021-ci ilədək 119,9 milyard dollara çatacağını proqnozlaşdırır. 2017-ci ildə bazarda artımın 2016-cı illə müqayisədə 10,3 faiz çoxalaraq 83,5 milyard dollar səviyyəsində olacağı gözlənilir.

"ICTnews" Elektron Xəbər Xidməti "Computerworld" resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, təhlükəsizlik vasitələrinə tələbatı üç amil müəyyənləşdirir: təhlükələrin dinamikası, normativ tələblərin sərtləşdirilməsi və rəqəmli transformasiya layihələri ilə əlaqədar arxitekturada dəyişikliklər. Hazırda alış həcminin 30 faizi bank, diskret istehsal sənaye müəssisələri və dövlət təşkilatlarının payına düşür. Bank və dövlət seqmentində illik artım müvafiq olaraq 10,9 və 10,7 faiz səviyyəsində proqnozlaşdırılır, lakin 2021-ci ilədək böyüklüyünə görə dördüncü yerə çıxacaq telekommunikasiya seqmenti artım tempinə (illik 12,6 faiz) görə onları üstələyə bilər.

Bu il satış həcminin 80 faizini xidmətlər və proqram təminatı təşkil edir. Xidmətlər seqmentində informasiya təhlükəsizliyi idarəetməsi üzrə xidmətlər (15,25 milyard dollar) və inteqrasiya xidmətləri (12,5 milyard dollar) liderdir. Proqram təminatı seqmentində artımın 75 faizindən çoxu son nöqtələr üçün təhlükəsizlik vasitələrinin, identifikasiya, təhlükəsizlik və boşluqlardan istifadə üzrə idarəetmə vasitələrinin payına düşür.
 
Nizam Nuriyev 




Baxış sayı: 520

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024