Tarix:30/10/17
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, söhbət “Wikitribune” layihəsindən gedir. Plana görə, aktual mövzularla bağlı xəbər materiallarının düzgünlüyü diqqətlə yoxlanıldıqdan sonra eyniadlı saytda yerləşdiriləcək. Dərc ediləcək məqalələrin hazırlanması üçün redaktor və jurnalistlər qrupu məsul olacaq. Səhifənin yaradılması ilk dəfə apreldə açıqlansa da, servis hələ ki tam fəaliyyət göstərmir.
C.Ueyls bildirib ki, sayt hazırda beta sınaq mərhələsindədir. “Biz yaxın gələcəkdə fəaliyyətə başlamaq niyyətindəyik. “Wikitribune” saytına artıq on nəfərə yaxın jurnalist işə qəbul olunub. Layihənin maliyyələşdirilməsi könüllü ianələr hesabına həyata keçiriləcək ki, bu da internet resursuna neytrallığı qorumağa imkan verəcək”, - o vurğulayıb.
Qeyd edək ki, xəbərləri istifadəçilər redaktə etsələr də, onlar resurs əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra çap ediləcək.
Nizam Nuriyev
“Wikipedia” yaradıcısı saxta xəbərlərlə mübarizə üçün servis istifadəyə verəcək
“Wikipedia” internet ensiklopediyasının təsisçisi Cimmi Ueyls KİV-də həqiqiliyi şübhə doğuran və yalan informasiyanın yayılması ilə mübarizə üzrə onlayn servisi sınaq rejimində istifadəyə vermək niyyətindədir.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, söhbət “Wikitribune” layihəsindən gedir. Plana görə, aktual mövzularla bağlı xəbər materiallarının düzgünlüyü diqqətlə yoxlanıldıqdan sonra eyniadlı saytda yerləşdiriləcək. Dərc ediləcək məqalələrin hazırlanması üçün redaktor və jurnalistlər qrupu məsul olacaq. Səhifənin yaradılması ilk dəfə apreldə açıqlansa da, servis hələ ki tam fəaliyyət göstərmir.
C.Ueyls bildirib ki, sayt hazırda beta sınaq mərhələsindədir. “Biz yaxın gələcəkdə fəaliyyətə başlamaq niyyətindəyik. “Wikitribune” saytına artıq on nəfərə yaxın jurnalist işə qəbul olunub. Layihənin maliyyələşdirilməsi könüllü ianələr hesabına həyata keçiriləcək ki, bu da internet resursuna neytrallığı qorumağa imkan verəcək”, - o vurğulayıb.
Qeyd edək ki, xəbərləri istifadəçilər redaktə etsələr də, onlar resurs əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra çap ediləcək.
Nizam Nuriyev
Baxış sayı: 427
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir