Tarix:03/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, virus pulları istifadəçi vəsaitləri bir kriptovalyuta kisəsindən digərinə köçürən zaman oğurlayır. İstifadəçi tranzaksiyanın həyata keçirilməsi zamanı “kopyala və qoy” funksiyası vasitəsilə vəsaiti alan şəxsin pul kisəsinin identifikasiya nömrəsini “kopyalayır”. Bundan sonra qurğuların mübadilə buferini izləməyə başlayan “CryptoShuffler” adlanan virus aktivləşir. Ehtimal edilən pul kisəsi ünvanını aşkarlayan proqram onu öz hesab nömrəsi ilə dəyişərək pulları birbaşa cinayətkarlara köçürür.
Antivirus şirkətinin məlumatına görə, cinayətkar əməllər nəticəsində dəyən ziyanın məbləği 140 min dollar qiymətləndirilir.
Hazırda “CryptoShuffler” müəllifləri ən çox “Bitcoin” pul kisələrinə hücum həyata keçiriblər. Onlar artıq 23 “Bitcoin” virtual pul oğurlayıblar ki, bu da təxminən 140 min dollara bərabərdir. Digər kriptovalyutalarda oğurlanan məbləğ isə bir neçə dollardan bir neçə minədək təşkil edir.
Nizam Nuriyev
Virtual pul oğurlayan virus aşkarlanıb
“Kasperski laboratoriyası” şirkətinin ekspertləri istifadəçilərin elektron pul kisələrindən kriptovalyuta oğurlayan virus aşkarlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, virus pulları istifadəçi vəsaitləri bir kriptovalyuta kisəsindən digərinə köçürən zaman oğurlayır. İstifadəçi tranzaksiyanın həyata keçirilməsi zamanı “kopyala və qoy” funksiyası vasitəsilə vəsaiti alan şəxsin pul kisəsinin identifikasiya nömrəsini “kopyalayır”. Bundan sonra qurğuların mübadilə buferini izləməyə başlayan “CryptoShuffler” adlanan virus aktivləşir. Ehtimal edilən pul kisəsi ünvanını aşkarlayan proqram onu öz hesab nömrəsi ilə dəyişərək pulları birbaşa cinayətkarlara köçürür.
Antivirus şirkətinin məlumatına görə, cinayətkar əməllər nəticəsində dəyən ziyanın məbləği 140 min dollar qiymətləndirilir.
Hazırda “CryptoShuffler” müəllifləri ən çox “Bitcoin” pul kisələrinə hücum həyata keçiriblər. Onlar artıq 23 “Bitcoin” virtual pul oğurlayıblar ki, bu da təxminən 140 min dollara bərabərdir. Digər kriptovalyutalarda oğurlanan məbləğ isə bir neçə dollardan bir neçə minədək təşkil edir.
Nizam Nuriyev
Baxış sayı: 479
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir