Tarix:15/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğunun satışa çıxarılmazdan əvvəl onun iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan “EngineerMode” əlavəsi ilk baxışdan adi görünür. Lakin məsələ ondadır ki, keyfiyyətin yoxlanışından sonra proqram qurğudan silinməli olduğu halda “OnePlus” şirkəti bunu etməyib. Təhlükə “EngineerMode” əlavəsinin smartfonun idarəetməsi üzərində böyük hüquqlara malik olmasındadır.
E.Olderson problemlə bağlı “OnePlus” şirkətinə müraciət edib. Onun sorğusuna reaksiya verən şirkət təsisçisi Karl Pey tərtibatçıya problemi aşkarladığına görə minnətdarlığını bildirib.
Tərtibatçının məlumatına görə, “OnePlus 3”, “OnePlus 3Т” və “OnePlus 5” smartfonlarında quraşdırılan potensial təhlükəli proqramla sistem əlavələri siyahısında tanış olmaq mümkündür.
Qeyd edək ki, yeni nəsil qabaqcıl “OnePlus” smartfonlarının - “OnePlus 5Т” modelinin nümayişi noyabrın 16-na təyin olunub.
Nizam Nuriyev
“OnePlus 5” əlavəsi smartfon üçün təhlükə yaradır
Proqram tərtibatçısı Elliot Olderson “OnePlus 5” smartfonunda “EngineerMode” əlavəsini aşkarlayıb. Mütəxəssis proqramın imkanlarını təhlil edərək onun qurğuya ziyan vura və istifadəçilərin məxfiliyi üçün təhlükə yarada bilməsi qənaətinə gəlib.“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, qurğunun satışa çıxarılmazdan əvvəl onun iş qabiliyyətinin yoxlanılması üçün nəzərdə tutulan “EngineerMode” əlavəsi ilk baxışdan adi görünür. Lakin məsələ ondadır ki, keyfiyyətin yoxlanışından sonra proqram qurğudan silinməli olduğu halda “OnePlus” şirkəti bunu etməyib. Təhlükə “EngineerMode” əlavəsinin smartfonun idarəetməsi üzərində böyük hüquqlara malik olmasındadır.
E.Olderson problemlə bağlı “OnePlus” şirkətinə müraciət edib. Onun sorğusuna reaksiya verən şirkət təsisçisi Karl Pey tərtibatçıya problemi aşkarladığına görə minnətdarlığını bildirib.
Tərtibatçının məlumatına görə, “OnePlus 3”, “OnePlus 3Т” və “OnePlus 5” smartfonlarında quraşdırılan potensial təhlükəli proqramla sistem əlavələri siyahısında tanış olmaq mümkündür.
Qeyd edək ki, yeni nəsil qabaqcıl “OnePlus” smartfonlarının - “OnePlus 5Т” modelinin nümayişi noyabrın 16-na təyin olunub.
Nizam Nuriyev
Baxış sayı: 360
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir