12px13px15px17px
Tarix:17/11/17

“Fujitsu” biznesi kiberhücumlardan qoruyacaq

Yaponiyanın texnoloji nəhəngi “Fujitsu” “EMEIA” regionu (Avropa, Yaxın Şərq, Hindistan, Afrika) ölkələrində şirkətlərin kiberhücumlardan mühafizəsi üçün nəzərdə tutulan “Cyber Threat Intelligence” (CTI) servisini istifadəyə verib. Yeni xidmət biznesi təşkilatın və ya müəssisənin fəaliyyətini poza bilən kiberhücumlardan qoruyur.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, proaktiv rejimdə işləyən “CTI” yeni rəqəmli təhlükələr barədə əvvəlcədən xəbərdarlıq edir. Servis yeni tip kiberhücumların mümkün ziyanı ilə bağlı göstərişlər, eləcə də mühafizənin təmini üzrə sadə və effektiv tövsiyələr verir.
 
Bundan başqa, “Fujitsu” tədqiqat nəticələrini və tövsiyələri əvvəlcədən xəbərdarlıq sistemi, gündəlik ümumi qeydlər, həftəlik informasiya məlumatları və sifarişçilərə aylıq zənglər şəklində yayır. Beləliklə, sifarişçilərin təhlükələrlə bağlı hazırkı vəziyyət barədə xəbərdar olmaları üçün bütöv informasiya yayma kanalı yaradılır.
 
“Cyber Threat Intelligence” servisini “EMEIA” regionu ölkələrində sifariş etmək mümkündür. Qiymət təklif olunan xidmətlərdən, xidmətin göstərilməsinin səviyyəsindən və konkret bazardan asılıdır.

Nizam Nuriyev 




Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024