Tarix:29/11/17
“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, “BankBot” adlı fırıldaqçı proqram təminatının mobil versiyası geniş yayılıb. Bu fırıldaqçı proqram təminatının izləri “Tornado FlashLight”, “Lamp For DarkNess” və “Sea FlashLight” mobil tətbiqləri, həmçinin smartfonun yaddaşının təmizlənməsi üçün alətlərdə aşkar edilib.
Quraşdırmadan sonra proqram qurğudakı tətbiqləri təhlil edir və bank xidmətlərinin aşkar edilməsi zamanı inzibatçı hüquqlarını sorğu eləyir. Bundan sonra yeniləmə bəhanəsi adı altında gizli rejimdə “BankBot” tətbiqi yüklənir.
Bank proqramını işə salarkən troyan şəxsi kabinetə daxil olmaq üçün loqin və parolu daxil etməkdən ötrü saxta pəncərə əks etdirir. Bundan sonra hakerlər qurbanın bank hesabına müdaxilə edirlər.
Ekspertlər müəyyənləşdiriblər ki, yalnız proqramların naməlum mənbələrdən quraşdırılmasına icazə verildiyi halda zərərverici mobil tətbiqin yüklənməsi baş verir.
Emil Hüseynov
“Android” istifadəçilərinin bank kartları təhlükə altındadır
Mütəxəssislər tərəfindən “Google Play” proqramlar mağazasında aşkar edilmiş bir neçə mobil proqram istifadəçilərin smartfonuna zərərverici proqram təminatı yükləyir. Bu haqda “ESET” şirkətinin press-relizində deyilir.“ICTnews” Elektron Xəbər Xidməti lenta.ru saytına istinadən yazır ki, “BankBot” adlı fırıldaqçı proqram təminatının mobil versiyası geniş yayılıb. Bu fırıldaqçı proqram təminatının izləri “Tornado FlashLight”, “Lamp For DarkNess” və “Sea FlashLight” mobil tətbiqləri, həmçinin smartfonun yaddaşının təmizlənməsi üçün alətlərdə aşkar edilib.
Quraşdırmadan sonra proqram qurğudakı tətbiqləri təhlil edir və bank xidmətlərinin aşkar edilməsi zamanı inzibatçı hüquqlarını sorğu eləyir. Bundan sonra yeniləmə bəhanəsi adı altında gizli rejimdə “BankBot” tətbiqi yüklənir.
Bank proqramını işə salarkən troyan şəxsi kabinetə daxil olmaq üçün loqin və parolu daxil etməkdən ötrü saxta pəncərə əks etdirir. Bundan sonra hakerlər qurbanın bank hesabına müdaxilə edirlər.
Ekspertlər müəyyənləşdiriblər ki, yalnız proqramların naməlum mənbələrdən quraşdırılmasına icazə verildiyi halda zərərverici mobil tətbiqin yüklənməsi baş verir.
Emil Hüseynov
Baxış sayı: 451
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir