Tarix:30/11/17
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən informasiya texnologiyaları şirkətlərinə məxsus həm itirilən məlumatların sayında, həm də oğurlanan informasiyanın həcmində artım qeydə alınıb. Daha çox sadə vətəndaşların və şəbəkə servis istifadəçilərinin informasiyası üçüncü şəxslərin əlinə keçib.
Tədqiqatdan məlum olub ki, 2016-cı ildə yüksək texnologiyalar sahəsi üzrə təşkilatlarda məlumat sızmasının sayı 2015-ci illə müqayisədə təxminən 3 dəfə artıb. Bununla yanaşı, ələ keçirilən informasiyanın həcmi səkkiz dəfə çoxalıb.
Bildirilir ki, ötən il dünyada oğurlanan məlumatların təxminən dörddə üç hissəsi (2,3 milyard qeyd) İT şirkətlərinin payına düşüb. Bu məlumatların təxminən 73 faizini vətəndaşların fərdi məlumatları təşkil edib.
2016-cı ildə 30 “meqa sızma” insidenti qeydə alınıb. Onların hər biri 10 milyondan çox qeydin oğurlanmasına səbəb olub. Maraqlıdır ki, yüksək texnologiyalar sahəsində oğurlanan məlumatların 95 faizi məhz bu insidentlərin payına düşüb.
Məlumata görə, 2016-cı ildə İT təşkilatlarında informasiyanın qəsdən sızdırılması hallarının sayında, eləcə də fırıldaqçılıq və ya inzibatçılıq səlahiyyətlərini aşma ilə əlaqədar ixtisaslaşdırılmış sızmaların payında artım müşahidə edilib.
Ekspertlər qeyd edir ki, ümumilikdə məlumat sızmalarının sayında cüzi artım fonunda itirilmiş informasiyanın həcmində yüksək artım cinayətkarlar - ilk növbədə mütəşəkkil cinayətkar qruplar tərəfindən geniş məlumat bazasına malik təşkilatlara yüksək diqqətdən xəbər verir.
Nizam Nuriyev
İT sektorunda məlumat sızmalarının sayında artım qeydə alınıb
“InfoWatch” şirkəti yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatların məlumat sızmalarının öyrənildiyi kompleks tədqiqatın nəticələrini açıqlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, ekspertlər tərəfindən informasiya texnologiyaları şirkətlərinə məxsus həm itirilən məlumatların sayında, həm də oğurlanan informasiyanın həcmində artım qeydə alınıb. Daha çox sadə vətəndaşların və şəbəkə servis istifadəçilərinin informasiyası üçüncü şəxslərin əlinə keçib.
Tədqiqatdan məlum olub ki, 2016-cı ildə yüksək texnologiyalar sahəsi üzrə təşkilatlarda məlumat sızmasının sayı 2015-ci illə müqayisədə təxminən 3 dəfə artıb. Bununla yanaşı, ələ keçirilən informasiyanın həcmi səkkiz dəfə çoxalıb.
Bildirilir ki, ötən il dünyada oğurlanan məlumatların təxminən dörddə üç hissəsi (2,3 milyard qeyd) İT şirkətlərinin payına düşüb. Bu məlumatların təxminən 73 faizini vətəndaşların fərdi məlumatları təşkil edib.
2016-cı ildə 30 “meqa sızma” insidenti qeydə alınıb. Onların hər biri 10 milyondan çox qeydin oğurlanmasına səbəb olub. Maraqlıdır ki, yüksək texnologiyalar sahəsində oğurlanan məlumatların 95 faizi məhz bu insidentlərin payına düşüb.
Məlumata görə, 2016-cı ildə İT təşkilatlarında informasiyanın qəsdən sızdırılması hallarının sayında, eləcə də fırıldaqçılıq və ya inzibatçılıq səlahiyyətlərini aşma ilə əlaqədar ixtisaslaşdırılmış sızmaların payında artım müşahidə edilib.
Ekspertlər qeyd edir ki, ümumilikdə məlumat sızmalarının sayında cüzi artım fonunda itirilmiş informasiyanın həcmində yüksək artım cinayətkarlar - ilk növbədə mütəşəkkil cinayətkar qruplar tərəfindən geniş məlumat bazasına malik təşkilatlara yüksək diqqətdən xəbər verir.
Nizam Nuriyev
Baxış sayı: 492
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir