12px13px15px17px
Tarix:07/12/17

Gələn ilin əsas kibertəhlükələri açıqlanıb

"Kasperski Laboratoriyası" şirkətinin 2018-ci ilin əsas kibertəhlükələri haqda proqnozuna görə texnoloji müəssisələr və proqram təminatı hazırlayanlar hakerlərin hədəf nöqtəsində olacaq.

Ekspertlər hesab edirlər ki, qanuni proqram istehsalçılarına edilən hücumların sayı artacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, proqnoza əsasən, zərərverici proqram təminatının texnoloji şəbəkədəki aktivliyindən yaranan zərər həmin proqram təminatı tərəfindən korporativ şəbəkədə yaradılan zərəri ötə bilər və texnoloji infrastruktura hücum zamanı personalın fəaliyyəti çox vaxt effektsizdir. Bu amillərin məcmusu sənaye sistemlərini haker hücumları üçün cəlbedici edir.

"Kasperski Laboratoriyası"nın proqnozuna görə, gələn il avtomobillərə qurulmuş əməliyyat sistemləri və fərdi tibbi qurğular hakerlərin hədəfində olacaq.

"Mütəxəssislərin fikrincə, 2018-ci ildə hakerlər internetə yeni qoşulmuş sistemlərə (məsələn, avtomobil və tibbi qurğular) hücum etməyə başlaya bilərlər. Məsələn, hakerlər avtomobil sahibinin smartfonunu yoluxdura və avtomobilin müxtəlif funksiyalarını idarə edən mobil proqramı manipulyasiya edə bilərlər.

Ekspertlərin qiymətləndirməsinə görə, gələn il internetə qoşulmuş tibbi qurğuların sayı 19 milyonadək artacaq. 100 milyon fitness treker daxil olmaqla tibbi qurğular hakerlərin maraq dairəsində olacaqlar. Belə qurğulara edilmiş hücumlar sahibin fərdi məlumatlarının oğurlanması ilə nəticələnə bilər ki, bu da pasiyentin həyatı üçün təhlükəlidir.

Həmçinin şirkətin xəbərinə görə, hakerlər smartfon və planşetlərə hücum etməyə davam edəcəklər, istifadəçi pullarının mümkün bütün mənbələri kibercinayətkarların maraq dairəsində olacaq.

Nəhayət, şirkətin analitikləri belə hesab edirlər ki, yaxın aylarda ev routerləri və modemlər kibertəhlükə altında olacaqlar. Ekspertlər bu qurğuların müdafiəsi üçün istifadəçilərə onların standart zavod parollarını dəyişdirməyi tövsiyə ediblər.

Emil Hüseynov




Baxış sayı: 378

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024