12px13px15px17px
Tarix:08/12/17

2018-ci ildə dünya informasiya təhlükəsizliyi bazarında 8%-lik artım proqnozlaşdırılır

“Gartner” analitik şirkətinin proqnozuna görə, şirkətlər gələn il informasiya təhlükəsizliyinə 8% daha çox pul xərcləyəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklərin gözləntilərinə görə, 2017-ci ildə kibertəhlükəsizlik sahəsinə qlobal korporativ xərclərin həcmi 89,1 milyard dollara yaxınlaşacaq. 2018-ci ildə bu göstərici 96,3 milyard dollar təşkil edəcək.

Mütəxəssislərin sözlərinə görə, təşkilat və müəssisələr öz İT sistemlərinin mühafizəsinə daha çox sərmayə yatırırlar, çünki bu sahədə dövlət tənzimləməsi siyasəti dəyişir, müştərilər öz məlumatlarının təhlükəsizliyindən narahatdırlar, şirkətlərin rəqəmli biznes strategiyası mühüm dəyişikliklərə məruz qalır.

"İnformasiya təhlükəsizliyi üzrə xərclərin xeyli hissəsi şirkətlərin kibertəhlükələrə reaksiyası ilə bağlıdır, çünki güclənən kiberhücumlar və məlumat itkisi dünyada fəaliyyət göstərən təşkilatların işinə mane olur. “WannaCry” və “NotPetya” kimi kiberhücumlar informasiya təhlükəsizliyi xərclərinə birbaşa təsir göstərib, çünki belə hücumlar artıq üç il davam edir" – “Gartner”in tədqiqatlar üzrə direktoru Ruqqero Kontu deyib.

Emil Hüseynov




Baxış sayı: 453

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024