Tarix:22/12/17
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Facebook” sosial şəbəkəsi şübhəli aktivlik və ya parolun dəyişdirilməsini qeydə alarkən “facebookmail.com” domenindən istifadəçilərə elektron məktub göndərməklə onları bu barədə xəbərdar edir. Kibercinayətkarlar tez-tez zərərverici linklərdən ibarət olan və “Facebook”dan göndərilən mesajlar şəklində maskalanmış fişinq məktubları göndərirlər.
İndi istifadəçilər "Daxil olanlar" qovluğundakı mesajın həqiqətən “Facebook” tərəfindən göndərildiyini yoxlaya bilərlər. Bunun üçün "Sazlamalar" –> "Təhlükəsizlik və giriş" –> "Facebook-dan göndərilmiş son məktublara baxmaq" bölmələrini seçmək lazımdır. Beləliklə, son elektron məktubları görmək olar və əgər poçt qutusundakı mesaj siyahıda yoxdursa, demək, o saxtadır.
Əgər siz bu alətdən istifadə edərək qəbul edilmiş məktubun saxta olduğunu aşkar etmisinizsə, bu haqda “phish@facebook[.]com” ünvanına məlumat verməyinizi tövsiyə edirik.
Emil Hüseynov
“Facebook” fişinq hücumu ilə mübarizə üçün yeni funksiya istifadəyə verib
“Facebook” şirkəti tərəfindən istifadəyə verilmiş yeni təhlükəsizlik funksiyası istifadəçilərin elektron məktublarını fişinq hücumundan müdafiə edəcək.“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Facebook” sosial şəbəkəsi şübhəli aktivlik və ya parolun dəyişdirilməsini qeydə alarkən “facebookmail.com” domenindən istifadəçilərə elektron məktub göndərməklə onları bu barədə xəbərdar edir. Kibercinayətkarlar tez-tez zərərverici linklərdən ibarət olan və “Facebook”dan göndərilən mesajlar şəklində maskalanmış fişinq məktubları göndərirlər.
İndi istifadəçilər "Daxil olanlar" qovluğundakı mesajın həqiqətən “Facebook” tərəfindən göndərildiyini yoxlaya bilərlər. Bunun üçün "Sazlamalar" –> "Təhlükəsizlik və giriş" –> "Facebook-dan göndərilmiş son məktublara baxmaq" bölmələrini seçmək lazımdır. Beləliklə, son elektron məktubları görmək olar və əgər poçt qutusundakı mesaj siyahıda yoxdursa, demək, o saxtadır.
Əgər siz bu alətdən istifadə edərək qəbul edilmiş məktubun saxta olduğunu aşkar etmisinizsə, bu haqda “phish@facebook[.]com” ünvanına məlumat verməyinizi tövsiyə edirik.
Emil Hüseynov
Baxış sayı: 430
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir