12px13px15px17px
Tarix:18/01/18

“YouTube” spamer və təqlidçilərə qarşı mübarizə aparacaq

“YouTube” video hostinq platformasının administrasiyası vicdansız bloqerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək. Məsələn, bloqer əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər vicdansız bloqerlərin pul qazanaraq video hostinqin  başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.

Yeni qaydaların 20 fevral tarixindən qüvvəyə minəcəyi gözlənilir. Bu, çoxlu sayda kanalın işinə təsir edəcək.

Emil Hüseynov




Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024