Tarix:17/02/18
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ildə “Android” üçün fırıldaqçı proqramların payında platforma üçün təhlükələrin ümumi sayının artmasına baxmayaraq azalma qeydə alınıb. Lakin şirkət xəbərdarlıq edir ki, 2018-ci ildə “DoubleLocker” kimi yeni fırıldaqçı virusların aktivliyi gözlənilir.
Məlumata görə, ötən ilin oktyabrında “Eset” şirkəti tərəfindən “DoubleLocker” – “Android Accessibility Service” xüsusi imkanlar xidmətindən istifadə edən ilk mobil şifrləmə proqramı aşkarlanıb. Zərərli proqram fırıldaqçılıq üçün iki alətə malikdir: o, qurğunun yaddaşındakı məlumatları şifrləyir, eləcə də PİN kodu sərbəst koda dəyişdirə bilir.
Bildirilir ki, 2017-ci ildə cinayətkarlar daha çox qurğunun ekranını bloklayaraq pul tələb etməklə lisenziyasız proqram təminatının yayılması və digər oxşar pozuntular üçün bloklama haqqında rəsmi məlumatları imitasiya edən “polis” adlı fırıldaqçı proqramlardan istifadə ediblər.
Qeyd edək ki, “Android Accessibility Service” xüsusi imkanlar xidməti fiziki imkanları məhdud insanlar üçün qurğularla işi sadələşdirir. Servisdən ilkin olaraq mobil bank troyan müəllifləri, daha sonra fırıldaqçı proqram yaradıcıları istifadə etməyə başlayıb.
Nizam Nuriyev
“Android” sistemi üçün təhlükələrə həsr edilən hesabat təqdim olunub
“Eset” antivirus şirkəti “Android” əməliyyat sistemi üçün aktual təhlükələrə həsr edilən hesabat dərc edib.“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm www.dailycomm.ru” resursuna istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2017-ci ildə “Android” üçün fırıldaqçı proqramların payında platforma üçün təhlükələrin ümumi sayının artmasına baxmayaraq azalma qeydə alınıb. Lakin şirkət xəbərdarlıq edir ki, 2018-ci ildə “DoubleLocker” kimi yeni fırıldaqçı virusların aktivliyi gözlənilir.
Məlumata görə, ötən ilin oktyabrında “Eset” şirkəti tərəfindən “DoubleLocker” – “Android Accessibility Service” xüsusi imkanlar xidmətindən istifadə edən ilk mobil şifrləmə proqramı aşkarlanıb. Zərərli proqram fırıldaqçılıq üçün iki alətə malikdir: o, qurğunun yaddaşındakı məlumatları şifrləyir, eləcə də PİN kodu sərbəst koda dəyişdirə bilir.
Bildirilir ki, 2017-ci ildə cinayətkarlar daha çox qurğunun ekranını bloklayaraq pul tələb etməklə lisenziyasız proqram təminatının yayılması və digər oxşar pozuntular üçün bloklama haqqında rəsmi məlumatları imitasiya edən “polis” adlı fırıldaqçı proqramlardan istifadə ediblər.
Qeyd edək ki, “Android Accessibility Service” xüsusi imkanlar xidməti fiziki imkanları məhdud insanlar üçün qurğularla işi sadələşdirir. Servisdən ilkin olaraq mobil bank troyan müəllifləri, daha sonra fırıldaqçı proqram yaradıcıları istifadə etməyə başlayıb.
Nizam Nuriyev
Baxış sayı: 434
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir