12px13px15px17px
Tarix:22/02/18

“Tinder” mobil proqramında təhlükəli boşluq aşkar edilib

Hindistanlı proqramçı Anand Prakaş tərəfindən tanışlıq üçün “Tinder” mobil proqramında aşkar edilmiş təhlükəli boşluq istifadəçilərin hesablarına müdaxilə etməyə imkan verir. Bu haqda “Telegraph” nəşri məlumat yayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, ekspert bildirib ki, hakerlər 2 saniyə ərzində qurbanın hesabına müdaxilə edərək onun profili üzərində tam nəzarəti ələ keçirir. Onlar çat və fərdi informasiyaya giriş əldə edə və hesab sahibinin adından başqa istifadəçilərlə ünsiyyət saxlaya bilərlər.
 
Proqramçı bu problem haqda “Facebook” və “Tinder”in nümayəndələrinə xəbər verib və sözügedən boşluq aradan qaldırılıb. Anand aşkar etdiyi boşluğa görə 6000 dollar məbləğində pul mükafatı alıb.
 
Emil Hüseynov 




Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024