Tarix:31/03/18
“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, analitiklər bildiriblər ki, “Android” sisteminin “7.0”-dən aşağı versiyaları ilə işləyən smartfonlardan bu virusu silmək demək olar ki, mümkün deyil. Məlumat üçün bildirək ki, “Nougat” və yeni versiyadan istifadə edən cihazların payı “Android” sisteminin idarəetməsi altında işləyən bütün qurğuların ümumi sayının 30%-ni təşkil edir.
“Trend Micro” şirkətinin məlumatına görə, “HiddenMiner” virusu əsasən Hindistan və Çindən olan istifadəçilərə zərər vurur, çünki adıçəkilən ölkələrdə “Android” sisteminin köhnə versiyalarından istifadə edən qurğuların payı çox yüksəkdir. Virus sistemə “Google Play” (“com.google.android.provider”) yeniləməsi adı altında maskalanaraq kənar mağazadan müdaxilə edir.
Bundan sonra zərərli proqram təminatı “Monero” kriptovalyutasının (haker və kiberfırıldaqçılar arasında populyardır) mayninqinə başlayır.
Emil Hüseynov
Kriptovalyutanın mayninqi üçün smartfonun bütün resursundan istifadə edən yeni virus aşkar edilib
“Trend Micro” şirkətinin ekspertləri tərəfindən “Android” sistemi üçün aşkar edilmiş yeni virus kriptovalyutanın mayninqi üçün smartfonun bütün mümkün resurslarından istifadə edərək faktiki olaraq qurğunun işini iflic edir. Nəticədə “HiddenMiner” virusu ilə yoluxdurulmuş aparatın batareyası şişə, həddən çox qıza, hətta partlaya bilər.“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, analitiklər bildiriblər ki, “Android” sisteminin “7.0”-dən aşağı versiyaları ilə işləyən smartfonlardan bu virusu silmək demək olar ki, mümkün deyil. Məlumat üçün bildirək ki, “Nougat” və yeni versiyadan istifadə edən cihazların payı “Android” sisteminin idarəetməsi altında işləyən bütün qurğuların ümumi sayının 30%-ni təşkil edir.
“Trend Micro” şirkətinin məlumatına görə, “HiddenMiner” virusu əsasən Hindistan və Çindən olan istifadəçilərə zərər vurur, çünki adıçəkilən ölkələrdə “Android” sisteminin köhnə versiyalarından istifadə edən qurğuların payı çox yüksəkdir. Virus sistemə “Google Play” (“com.google.android.provider”) yeniləməsi adı altında maskalanaraq kənar mağazadan müdaxilə edir.
Bundan sonra zərərli proqram təminatı “Monero” kriptovalyutasının (haker və kiberfırıldaqçılar arasında populyardır) mayninqinə başlayır.
Emil Hüseynov
Baxış sayı: 421
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir