12px13px15px17px
Tarix:18/04/18

30-dan çox nəhəng İT şirkəti kiberhücumlara qarşı razılaşma imzalayıb

“Microsoft”, “Facebook”, “HP”, “ARM”, “Cisco” və “Oracle” daxil olmaqla 34 nəhəng texnologiya şirkəti tərəfindən kibertəhlükəsizlik haqda imzalanmış razılaşma istənilən dövlətin hakimiyyətinə vətəndaş və şirkətlərə qarşı kiberhücumların təşkilində kömək etməyi qadağan edir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “The New York Times” qəzetinin məlumatına görə, “Microsoft”un prezidenti Bred Smit razılaşmanın yaradılmasının təşəbbüskarı kimi çıxış edib. O, ötən il istifadəçiləri müxtəlif ölkələrin hökumətləri tərəfindən həyata keçirilən kiberhücumlardan qoruyacaq və rəqəmli müharibələrin aparılması qaydalarını təsdiq edəcək "Rəqəmli Cenevrə konvensiyası"nı hazırlamağa səsləmişdi.

Razılaşmanı imzalamış şirkətlər müştəriləri kiberhücumlardan müdafiə etmək, təhlükə və boşluqlar haqda məlumat mübadiləsi etmək, həmçinin kiberhücumların həyata keçirilməsində dövlətlərin hakimiyyətinə kömək etməmək barədə öhdəçilik götürüblər.

Emil Hüseynov





Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024