Tarix:24/04/18
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatların oğurlanması birbaşa kompüterə qoşulmadan onların ötürülməsinə imkan verən “iTunes Wi-Fi sync” sinxronlaşdırma texnologiyası vasitəsilə həyata keçirilir.
Bildirilir ki, təhlükəsizlik sistemində səhv “Trustjacking” adlanır. İstifadəçi tərəfindən qurğuya yad qoşulmaya icazənin verilməsi cinayətkarlara smartfona müdaxiləyə imkan yaradır.
Yeni qurğularla bağlantıdan əvvəl smartfon həmişə istifadəçini məlumatlandırır və təsdiq tələb edir. İstifadəçi bu funksiyanı aktivləşdirdikdən və qurğuya qoşulmanı təsdiq etdikdən sonra “iPhone” eyni “Wi-Fi” şəbəkəsindən istifadə edən hakerlərin əlinə keçir. Nəticədə cinayətkarlar telefondakı məlumatların surətlərini köçürmək imkanı əldə edirlər. Bundan başqa, boşluq hakerlərə mobil əlavələri ləğv etməyə və ya quraşdırmağa imkan verir.
Tədqiqatda qeyd olunur ki, smartfon sahibi, məsələn, ictimai yerlərdə bağlantını təsdiq edə bilər. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda “iPhone” smartfonunu bu metodla müdaxilədən qorumaq üçün yeganə üsul yad “Wi-Fi” şəbəkələrinə ehtiyatlı yanaşmadan ibarətdir.
Nizam Nuriyev
“iPhone” smartfonlarında boşluq məlumatların oğurlanmasına şərait yaradır
Ekspertlər “iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq aşkarlayıblar. Bu barədə “Symantec” şirkətinin tədqiqatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatların oğurlanması birbaşa kompüterə qoşulmadan onların ötürülməsinə imkan verən “iTunes Wi-Fi sync” sinxronlaşdırma texnologiyası vasitəsilə həyata keçirilir.
Bildirilir ki, təhlükəsizlik sistemində səhv “Trustjacking” adlanır. İstifadəçi tərəfindən qurğuya yad qoşulmaya icazənin verilməsi cinayətkarlara smartfona müdaxiləyə imkan yaradır.
Yeni qurğularla bağlantıdan əvvəl smartfon həmişə istifadəçini məlumatlandırır və təsdiq tələb edir. İstifadəçi bu funksiyanı aktivləşdirdikdən və qurğuya qoşulmanı təsdiq etdikdən sonra “iPhone” eyni “Wi-Fi” şəbəkəsindən istifadə edən hakerlərin əlinə keçir. Nəticədə cinayətkarlar telefondakı məlumatların surətlərini köçürmək imkanı əldə edirlər. Bundan başqa, boşluq hakerlərə mobil əlavələri ləğv etməyə və ya quraşdırmağa imkan verir.
Tədqiqatda qeyd olunur ki, smartfon sahibi, məsələn, ictimai yerlərdə bağlantını təsdiq edə bilər. Şirkət mütəxəssislərinin sözlərinə görə, hazırda “iPhone” smartfonunu bu metodla müdaxilədən qorumaq üçün yeganə üsul yad “Wi-Fi” şəbəkələrinə ehtiyatlı yanaşmadan ibarətdir.
Nizam Nuriyev
Baxış sayı: 444
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir