12px13px15px17px
Tarix:24/04/18

“Google” şirkəti “Windows 10” sistemində təhlükəli boşluq aşkar edib

“Google's Project Zero” şirkətinin təhlükəsizlik mütəxəssisləri “Windows 10 S” əməliyyat sistemində orta səviyyəli boşluq aşkar ediblər.
 
Mütəxəssislərin sözlərinə görə, sistemdə aşkar edilmiş boşluq cinayətkarlara əməliyyat sisteminə müdaxilə üçün istənilən kodu icra etməyə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “rambler.ru” saytına istinadən yazır ki, “Project Zero” şirkətinin əməkdaşları hələ cari ilin yanvarında boşluq haqda məlumatı “Microsoft” şirkətinə göndəriblər. Proqram nəhəngi sistemdə aşkar edilmiş boşluğu aradan qaldıracağına dair söz vermişdi, ancaq 3 ay sonra sözügedən boşluq hələ də mövcuddur, buna görə mütəxəssislər internetdə bu haqda məlumat dərc ediblər.
 
“Google” şirkətinin mütəxəssisləri izah ediblər ki, hakerlər kompüterə müdaxilə üçün “Windows 10 S” sistemi ilə işləyən kompüterə fiziki giriş əldə etməlidirlər, buna görə adi “Windows 10” istifadəçilərinin narahatçılığına səbəb yoxdur.
 
Emil Hüseynov





Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024