12px13px15px17px
Tarix:21/05/18

Yeni virus populyar brauzer istifadəçilərinin bank kartı məlumatlarını oğurlayır

“Proofpoint” şirkətinin təhlükəsizlik sahəsi üzrə ekspertləri “Google Chrome” və digər populyar brauzer istifadəçiləri üçün təhlükə törədən “Vega Stealer” adlı yeni virus aşkarlayıblar. Zərərli proqram təminatı vasitəsilə cinayətkarlar bank kartı məlumatlarını və digər vacib informasiyanı oğurlayırlar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Vega Stealer” 2016-cı ilin dekabrında aşkarlanan “August Stealer” virusunun modifikasiya edilmiş versiyasıdır. O, elektron poçt vasitəsilə yayılaraq cinayətkarlara “Chrome”, “Firefox”, “Skype” və “Opera” qurbanlarının saxlanılan parol, sənəd və məxfi məlumatlarını ötürür. Bəzən virus “brief.doc” sənədi əlavə olunmaqla müəyyən iri şirkətdən məktub şəklində daxil olur. Sonuncu “Vega Stealer” virusunu işə salan zərərli makrosları qoşur. Kompüter yoluxdurulduqdan sonra virus qurbanın iş masasını yoxlayır, vacib məlumatları oğurlayır və onları cinayətkarların uzaq serverlərinə göndərir.
 
Şirkət əməkdaşları qeyd edib ki, “Vega Stealer” ən mürəkkəb və ya gizli virus olmasa da, zərərli proqram təminatı çevikliyini, onun müəllif və iştirakçılarının məqsədə nail olmaq üçün səylərini nümayiş etdirir. “Vega Stealer” inkişaf edəcəyi və yayılacağı təqdirdə perspektivdə daha böyük fəsadlara səbəb ola bilər.
 
Mütəxəssislər növbəti dəfə istifadəçilərə naməlum və şübhəli məktublar açan zaman diqqətli olmağı tövsiyə ediblər.
 
Nizam Nuriyev





Baxış sayı: 489

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024