Tarix:08/06/18
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, zərərli proqram təminatı şəbəkə aparaturasını sıradan çıxarmaqla yanaşı, “SSL” şifrləməsindən yan keçir, daxil olan trafikə zərərli kod yerləşdirir və istifadəçilərin məxfi məlumatlarını oğurlayır.
Tədqiqatçılar onu da qeyd edib ki, boşluğa malik qurğuların siyahısı iki həftə əvvəl ehtimal ediləndən daha genişdir. Potensial təhlükəli qurğular sırasında ekspertlər “ASUS, D-Link”, “Huawei”, “Linksys”, “Microtik”, “Netgear”, “QNAP”, “TP-Link”, “Ubiquiti”, “Upvel” və “ZTE” şirkətlərinin marşrutlayıcılarını qeyd ediblər.
Qeyd edək ki, VPNFilter” virusu haqqında ilk məlumat mayın sonunda yayılmağa başlayıb. Tədqiqatçılar bildirib ki, Rusiyada yaradılması təxmin edilən zərərli proqram təminatı dünyanın 54 ölkəsində 500 min istehlak sinfinə aid marşrutlayıcını və şəbəkə toplayıcısını yoluxdurub. Qurğular yoluxdurulduqdan sonra hakerlər onları sıradan çıxararaq istifadəçiləri internetdən məhrum ediblər.
ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən boşluğa malik qurğu sahiblərinə marşrutlayıcıları yeniləmək tövsiyə edilib: bu, virusun tam məhvi üçün üsul kəşf edilənədək onu müvəqqəti aşkarlamağa kömək edə bilər.
Nizam Nuriyev
Ən yeni virus daha təhlükəlidir
Rusiya hakerlərinin yaratdığı ehtimal olunan “VPNFilter” virusu tədqiqatçıların güman etdiyindən daha çox marşrutlayıcını yoluxdurub. Bu barədə “Cisco Talos” şirkətinin təhlükəsizlik üzrə ekspertləri məlumat verib.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, zərərli proqram təminatı şəbəkə aparaturasını sıradan çıxarmaqla yanaşı, “SSL” şifrləməsindən yan keçir, daxil olan trafikə zərərli kod yerləşdirir və istifadəçilərin məxfi məlumatlarını oğurlayır.
Tədqiqatçılar onu da qeyd edib ki, boşluğa malik qurğuların siyahısı iki həftə əvvəl ehtimal ediləndən daha genişdir. Potensial təhlükəli qurğular sırasında ekspertlər “ASUS, D-Link”, “Huawei”, “Linksys”, “Microtik”, “Netgear”, “QNAP”, “TP-Link”, “Ubiquiti”, “Upvel” və “ZTE” şirkətlərinin marşrutlayıcılarını qeyd ediblər.
Qeyd edək ki, VPNFilter” virusu haqqında ilk məlumat mayın sonunda yayılmağa başlayıb. Tədqiqatçılar bildirib ki, Rusiyada yaradılması təxmin edilən zərərli proqram təminatı dünyanın 54 ölkəsində 500 min istehlak sinfinə aid marşrutlayıcını və şəbəkə toplayıcısını yoluxdurub. Qurğular yoluxdurulduqdan sonra hakerlər onları sıradan çıxararaq istifadəçiləri internetdən məhrum ediblər.
ABŞ Federal Təhqiqatlar Bürosunun əməkdaşları tərəfindən boşluğa malik qurğu sahiblərinə marşrutlayıcıları yeniləmək tövsiyə edilib: bu, virusun tam məhvi üçün üsul kəşf edilənədək onu müvəqqəti aşkarlamağa kömək edə bilər.
Nizam Nuriyev
Baxış sayı: 468
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir