12px13px15px17px
Tarix:30/06/18

Bütün yeni “Android” smartfonlarında ciddi boşluq aşkar edilib

Beynəlxalq Tədqiqatçılar Qrupu 2012-ci ildən etibarən istifadədə olan bütün "Android" smartfonlarında "RAMPage" adlı yeni boşluq aşkar ediblər. Bu haqda informasiya mütəxəssislərinin bloqunda dərc edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "yugopolis.ru" saytına istinadən yazır ki, ekspertlər müəyyənləşdiriblər ki, "RAMPage" hakerlərin müdaxilə edilmiş qurğuların yaddaş xanalarındakı məlumatlar üzərində manipulyasiyalar həyata keçirməsinə imkan verən digər "Rowhammer" adlı boşluğun variasiyasıdır.
 
Hakerlər yeni boşluğun köməyi ilə istifadəçinin bütün parollarını öyrənə, şəkil, elektron məktub, yazışma və ödəmə rekvizitləri kimi vacib sənədlərini yükləyə bilərlər.
 
Ekspertlər əmindirlər ki, yaxın vaxtlarda "RAMpage" boşluğu "iOS" sisteminin idarəetməsi altında işləyən cihaz və başqa qurğulara yayıla bilər.
 
Emil Hüseynov





Baxış sayı: 630

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024