Tarix:05/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, zərərli proqram təminatının işi 2016-cı ildə həyata keçirilən “DDoS” hücumu zamanı dünyanın bir neçə ölkəsini internetə çıxışdan məhrum edən “Mirai” botnetinin fəaliyyətinə bənzəyir.
Bildirilir ki, bir neçə gün sonra tədqiqatçı virusun yayılma xəritəsini dərc edib. “Həmişə olduğu kimi, birinci yerdə ABŞ qərarlaşıb. Çoxsaylı unikal “IP” və “URL” ünvanları xüsusilə diqqət çəkir. Buna səbəb isə “Mirai” botnetinə oxşar virusdur”, - ekspert qeyd edib.
Məlumata görə, naməlum virus vasitəsilə hücumların sayı hər saat artır – iyulun 1-nə olan məlumata görə, zərərli proqram təminatı hər 1,2 saniyədə hücum həyata keçirib.
Adətən zərərli faylların yüklənildiyi “URL” ünvanlarından məlum olub ki, virus həqiqətən məlum güclü botnetlə bağlılığa malikdir: məlumatlarda “Mirai” və onun “Sora” modifikasiyası qeyd olunur.
Qeyd edək ki, bir neçə ay əvvəl “Fortinet” şirkətinin ekspertləri tərəfindən internetdə dünyanın ən böyük “Mirai” botnetinin “Mirai OMG” adlı yeni versiyasının aktivləşməsi açıqlanıb. Naməlum cinayətkarlar “Əşyalar interneti” qurğularını ələ keçirməklə yanaşı, onları proksi serverlərinə çeviriblər.
Nizam Nuriyev
İnternetdə yeni virus yayılıb
Bolqarıstanın kibertəhlükəsizlik sahəsi üzrə “VessOnSecurity” təxəllüslü tədqiqatçısı “Twitter” səhifəsində yeni virus aşkarlaması barədə məlumat verib.“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ekspertin sözlərinə görə, zərərli proqram təminatının işi 2016-cı ildə həyata keçirilən “DDoS” hücumu zamanı dünyanın bir neçə ölkəsini internetə çıxışdan məhrum edən “Mirai” botnetinin fəaliyyətinə bənzəyir.
Bildirilir ki, bir neçə gün sonra tədqiqatçı virusun yayılma xəritəsini dərc edib. “Həmişə olduğu kimi, birinci yerdə ABŞ qərarlaşıb. Çoxsaylı unikal “IP” və “URL” ünvanları xüsusilə diqqət çəkir. Buna səbəb isə “Mirai” botnetinə oxşar virusdur”, - ekspert qeyd edib.
Məlumata görə, naməlum virus vasitəsilə hücumların sayı hər saat artır – iyulun 1-nə olan məlumata görə, zərərli proqram təminatı hər 1,2 saniyədə hücum həyata keçirib.
Adətən zərərli faylların yüklənildiyi “URL” ünvanlarından məlum olub ki, virus həqiqətən məlum güclü botnetlə bağlılığa malikdir: məlumatlarda “Mirai” və onun “Sora” modifikasiyası qeyd olunur.
Qeyd edək ki, bir neçə ay əvvəl “Fortinet” şirkətinin ekspertləri tərəfindən internetdə dünyanın ən böyük “Mirai” botnetinin “Mirai OMG” adlı yeni versiyasının aktivləşməsi açıqlanıb. Naməlum cinayətkarlar “Əşyalar interneti” qurğularını ələ keçirməklə yanaşı, onları proksi serverlərinə çeviriblər.
Nizam Nuriyev
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir