Tarix:26/07/18
“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, tədqiqata görə, hazırda zərərli proqram təminatının yaradılması üçün xidmətlərə tələbat təklifi 3 dəfə üstələyir.
İnternetin “gizli” seqmenti platformalarında satılan müxtəlif alət və xidmətlərin minimal və orta dəyərini qiymətləndirən mütəxəssislər belə qənaətə gəliblər ki, ən bahalı kiberməhsul bankomatlara məntiqi hücumların həyata keçirilməsi üçün zərərli proqram təminatıdır. Bu sinfə aid hazır zərərli proqram təminatının qiyməti 1,5 min dollardan başlayır.
Şirkətin məlumatına görə, cinayət xarakterli kiberxidmətlər bazarında əsas tələbat zərərli proqram təminatının hazırlanması və yayılması ilə əlaqədar xidmətlərədir (55 faiz). Bundan başqa, kriptomaynerlər (20 faiz), haker utilitləri (19 faiz), botnetlərin yaradılması üçün zərərli proqram təminatı (14 faiz), məsafədən müdaxilə üçün troyan proqramları və fırıldaqçı troyanlar (hər birinin payı 12 faiz təşkil edir) geniş yayılıb.
Ekspertlər qeyd edir ki, “gizli” internetdə müdaxilələr üçün sifarişlərin əksər hissəsi saytlarda boşluqların axtarışına (36 faiz) və elektron poçt parollarının ələ keçirilməsinə (32 faiz) aiddir. Təklif olunan xidmətlər arasında sosial şəbəkə (33 faiz) və elektron poçt (33 faiz) hesablarına müdaxilə liderlik edir. “Positive Technologies” analitikləri bu nəticələri insanların digər istifadəçi yazışmalarını ələ keçirmək istəyi ilə izah edirlər.
Nizam Nuriyev
Ən bahalı haker xidməti hansıdır?
Bankomatlar üçün zərərli proqram təminatının yaradılması “gizli” internetdə ən bahalı haker xidmətidir. Bu barədə informasiya təhlükəsizliyi sahəsində ixtisaslaşan “Positive Technologies” şirkətinin tədqiqatında deyilir.“ICTnews” Elektron Xəbər Xidməti “Rambler www.rambler.ru” resursuna istinadən yazır ki, tədqiqata görə, hazırda zərərli proqram təminatının yaradılması üçün xidmətlərə tələbat təklifi 3 dəfə üstələyir.
İnternetin “gizli” seqmenti platformalarında satılan müxtəlif alət və xidmətlərin minimal və orta dəyərini qiymətləndirən mütəxəssislər belə qənaətə gəliblər ki, ən bahalı kiberməhsul bankomatlara məntiqi hücumların həyata keçirilməsi üçün zərərli proqram təminatıdır. Bu sinfə aid hazır zərərli proqram təminatının qiyməti 1,5 min dollardan başlayır.
Şirkətin məlumatına görə, cinayət xarakterli kiberxidmətlər bazarında əsas tələbat zərərli proqram təminatının hazırlanması və yayılması ilə əlaqədar xidmətlərədir (55 faiz). Bundan başqa, kriptomaynerlər (20 faiz), haker utilitləri (19 faiz), botnetlərin yaradılması üçün zərərli proqram təminatı (14 faiz), məsafədən müdaxilə üçün troyan proqramları və fırıldaqçı troyanlar (hər birinin payı 12 faiz təşkil edir) geniş yayılıb.
Ekspertlər qeyd edir ki, “gizli” internetdə müdaxilələr üçün sifarişlərin əksər hissəsi saytlarda boşluqların axtarışına (36 faiz) və elektron poçt parollarının ələ keçirilməsinə (32 faiz) aiddir. Təklif olunan xidmətlər arasında sosial şəbəkə (33 faiz) və elektron poçt (33 faiz) hesablarına müdaxilə liderlik edir. “Positive Technologies” analitikləri bu nəticələri insanların digər istifadəçi yazışmalarını ələ keçirmək istəyi ilə izah edirlər.
Nizam Nuriyev
Baxış sayı: 1038
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir