12px13px15px17px
Tarix:09/08/18

“WhatsApp” messencerində təhlükəli boşluq aşkar edilib

"Check Point" şirkətinin mütəxəssisləri tərəfindən aşkar edilmiş təhlükəli boşluq hakerlərə çata müdaxilə etməyə imkan verir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, aşkar edilmiş boşluqdan müxtəlif üsullarla istifadə etmək olar: çatda həmsöhbətin sözlərini dəyişdirərək başqa məna vermək, istifadəçinin adından ünsiyyəti imitasiya etmək və sairə.
 
Sözügedən boşluqdan istifadə etmək üçün şifrələnmiş trafiki ələ keçirmək kifayətdir. Bu boşluq yaxın vaxtlarda aradan qaldırılmasa, istifadəçilərə böyük zərər vura bilər.
 
Emil Hüseynov




Baxış sayı: 939

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024