12px13px15px17px
Tarix:16/08/18

2018-ci ildə informasiya təhlükəsizliyi sahəsində xərclər 110 milyard dolları ötəcək

“Gartner” analitik şirkəti yaxın illərdə informasiya təhlükəsizliyinin təmini üçün qlobal məhsul və xidmətlər bazarı üzrə proqnoz verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” saytına istinadən yazır ki, analitik şirkətin qiymətləndirməsinə görə, ötən il bu sahədə ümumi xərclər 101,5 milyard dollar səviyyəsində olub. Ekspertlərin fikrincə, cari il qlobal bazarın həcmi 114,2 milyard dollara yaxınlaşacaq. Beləliklə, illik hesablama üzrə artım 12,4 % təşkil edəcək.
 
“Gartner”in analitikləri hesab edirlər ki, gələn il informasiya təhlükəsizliyi sahəsində genişlənmə davam edəcək, lakin artım tempi bir qədər azalacaq.
 
Hesabata görə, yaxın illərdə informasiya təhlükəsizliyi sahəsində ümumi xərclərin təxminən 50%-i müxtəlif xidmətlərin payına düşəcək. 2018-ci ildə bu xidmətlərin töhfəsi 58,9 milyard dollar, 2019-cu ildə isə 64,2 milyard dollar təşkil edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 1110

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024