12px13px15px17px
Tarix:21/08/18

“Skype” yazışma və zənglərin təhlükəsizliyini “end-to-end” şifrləməsi ilə qoruyacaq

“Skype” videomessenceri “end-to-end” şifrələmə sistemini tətbiq edib. Məxfi ünsiyyətə başlamaq üçün müvafiq istifadəçinin profilini açmaq və “New Private Conversation” seçmək lazımdır. Həmsöhbət göndərilmiş dəvəti qəbul etdikdən sonra, bütün mətn mesajları, fayllar, audioyazılar, səsli və videozənglər  şifrlənir.
 
“ICTnews” Elektron Xəbər Xidməti hitech.vesti.ru saytına istinadən yazır ki, bu həftədən başlayaraq yeni funksiya “iOS”, “Android”, “Linux”, “macOS” və “Windows” sistemlərində əlçatandır. Bəzi məhdudiyyətlər var: istifadəçilər bir qurğuda yalnız bir “şifrələnmiş” söhbətdə iştirak edə bilər. Məsələn, istifadəçi smartfondan kompüterə keçmək istədikdə, bütün göndərilmiş və qəbul edilmiş məlumatlar məxfi ünsiyyət aparılmış   qurğuda yadda saxlanılacaq.
 
“End-to-end” şifrələməsi rabitənin müdafiəsi üçün ən təhlükəsiz  üsullarından biri hesab edilir. “Skype” sisteminin təhlükəsizlik sistemi “Signal” protokolunun köməyi ilə unikal təhlükəsizlik açarlarının generasiyasına əsaslanır. Açarların əslliyi istifadəçi tərəfində yoxlanılır ki, bu da mesajların üçüncü şəxslər tərəfindən ələ keçirilməsini qeyri-mümkün edir.
 
Emil Hüseynov



Baxış sayı: 597

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Noyabr 2024

15 11 2024