12px13px15px17px
Tarix:19/09/18

“Əşyalar interneti” seqmentində kibertəhlükələrin sayı sürətlə artır

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş araşdırmaya görə, hakerlər “əşyalar interneti” qurğularına qarşı hücumların sayını artırıblar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “servernews.ru” resursuna istinadən yazır ki, “əşyalar interneti” bazarı çox sürətlə inkişaf edir. Analitiklər bildirirlər ki, beşinci nəsil kommersiya yönümlü mobil şəbəkələrin işə salınmasından sonra “əşyalar interneti” qurğularının sayı xeyli artacaq. Buna görə hakerlərin bu bazara  diqqəti başadüşüləndir.
 
"Kasperski Laboratoriyası" 2018-ci ilin birinci yarısında 2017-ci illə müqayisədə “ağıllı” qurğulara hücum edən zərərli proqram təminatının sayının 3 dəfə artdığı barədə məlumat verib. 2017-ci ildə isə zərərli proqram təminatının sayı 2016-cı illə müqayisədə 10 dəfə çox idi. Başqa sözlə desək, “əşyalar interneti” seqmentində kibertəhlükələrin sayı sürətlə artır.
 
Hakerlər “əşyalar interneti” qurğularından "Paylanmış xidmətdən imtina"  (DDoS) tipli hücumların təşkilində istifadə edirlər.
 
Emil Hüseynov





Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024