Tarix:24/09/18
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” resursuna istinadən yazır ki, “Microsoft JET Database Engine” verilənlər bazasının mexanizmində aşkar edilmiş boşluğu aradan qaldırmaq üçün “Microsoft” korporasiyasına daha 120 gün müddət vaxt verilib.
Bu boşluq nəticəsində hakerlər kompüterin koduna müdaxilə edə və qurğuya virus quraşdıra bilər.
Müdaxilə təhlükəsi “Windows 7” sistemində aşkar edilib, ancaq ekspertlər bütün əməliyyat sistemlərinin bu boşluq qarşısında dayanıqsız olduğunu istisna etmir. Oktyabrda “Microsoft” şirkətindən yeniləmə gözlənilir.
Mütəxəssislərin məlumatına görə, hakerlər artıq bu boşluqdan istifadə edərək ABŞ, Rusiya, Ukrayna, Almaniya, Polşa, Böyük Britaniya və başqa ölkələrin istifadəçilərinə hücum ediblər.
Emil Hüseynov
“Windows” sisteminin idarəetməsi altında işləyən bütün kompüterlər təhlükə altındadır
“Zero Day Initiative”in kibertəhlükəsizlik sahəsində mütəxəssisləri tərəfindən 4 ay bundan əvvəl “Windows” əməliyyat sistemində aşkar edilmiş “sıfır günü” boşluğu hələ də “Microsoft” tərəfindən aradan qaldırılmayıb. Bu haqda mütəxəssislər öz saytında məlumat veriblər.“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” resursuna istinadən yazır ki, “Microsoft JET Database Engine” verilənlər bazasının mexanizmində aşkar edilmiş boşluğu aradan qaldırmaq üçün “Microsoft” korporasiyasına daha 120 gün müddət vaxt verilib.
Bu boşluq nəticəsində hakerlər kompüterin koduna müdaxilə edə və qurğuya virus quraşdıra bilər.
Müdaxilə təhlükəsi “Windows 7” sistemində aşkar edilib, ancaq ekspertlər bütün əməliyyat sistemlərinin bu boşluq qarşısında dayanıqsız olduğunu istisna etmir. Oktyabrda “Microsoft” şirkətindən yeniləmə gözlənilir.
Mütəxəssislərin məlumatına görə, hakerlər artıq bu boşluqdan istifadə edərək ABŞ, Rusiya, Ukrayna, Almaniya, Polşa, Böyük Britaniya və başqa ölkələrin istifadəçilərinə hücum ediblər.
Emil Hüseynov
Baxış sayı: 579
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir